M.Çavuşoğlunun Nyu-Yorkdakı rәsmi görüşlәri davam edir

71-ci Dönəm BMT  Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka sәfәr edәn  Türkiyәnin Xarici İşlәr naziri  Mövlud Çavuşoğlu  bir sıra  rəsmi görüşlər keçirib.

573230
M.Çavuşoğlunun Nyu-Yorkdakı rәsmi görüşlәri davam edir

Türkiyənin Xarici İşər  naziri  Mövlud Çavuşoğlu  Yeni Zelandiyandiyalı həmkarı  Muray McCully,Küveyt Baş nazirinin müavini və Xarici İşlər  naziri Sabah  Halid əl-Hamed əs-Sabah,Bolqarıstanın Xarici İşəlr naziri  Daniel Mitov, Mozambik Xarici İşlər naziri Oldemiro Marques Baloi və  Belarus Xarici İşlər naziri  Vladimir Makei ilə görüş keçirib.

71-ci Dönəm BMT  Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka sәfәr edәn  Türkiyәnin Xarici İşlәr naziri  Mövlud Çavuşoğlu  bir sıra  rəsmi görüşlər keçirib.

 Çavuşoğlu şəxsi ‘‘Twitter’’  səhifəsindən verdiyi açıqlamada, Yeni Zelandiyalı həmkarı McCully və Küveyt Baş nazirinin müavini və Xarici İşlər naziri Sabah  ilə dövlət çevrilişi cəhdi, ikitərəfli  münasibətlər  və regional prosesləri müzakirə etdiklərini  bildirdi.

 Bolqarıstan Xarici İşlər naziri Mitov ilə də bir araya gələn Çavuşoğlu, ikitərəfli münasibətləri miqrasiya və enerji məsələlərini  müzakirə etdiklərini   qeyd etdi.

  Mövlud  Çavuşoğlu  Mozambikli həmkarı Baloi ilə görüşündə isə ikitərəfli əlaqələri  inkişaf etdirmək imkanlarını və Fetulahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğu (FETÖ/PDY) ilə mübarizə məsələlərini  müzakirə etdiklərini  bildirdi.

 Belarus Xarici İşlər naziri Makei ilə də bir araya gələn Çavuşoğlu  regional inkişaf və dövlət çevrilişi cəhdini  müzakirə etdiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr