M.Çavuşoğlu Nyu-Yorkda bir sıra görüşlər keçirib

71-ci Dönəm BMT  Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka sәfәr edәn  Türkiyәnin Xarici İşlәr naziri  Mövlud Çavuşoğlu bazar günü (dünәn)  rəsmi görüşlər keçirib.

572783
M.Çavuşoğlu Nyu-Yorkda bir sıra görüşlər keçirib
thorbjorn jagland.jpg
miroslav lajcak.jpg
espen barth eide.jpg
peter thomson.jpg

71-ci Dönəm BMT  Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka sәfәr edәn  Türkiyәnin Xarici İşlәr naziri  Mövlud Çavuşoğlu bazar günü (dünәn) bir sıra  rəsmi görüşlər keçirib.

 Çavuşoğlu  Avropa İttifaqının birinci  vitse-prezidenti  Frans Timmermans,  71-ci Dönәm  BMT Baş Assambleyasının sәdri  Piter  Thombson,  BMT baş katibinin Kipr üzrә  xüsusi müşaviri  Espen  Barth Eide, Aİ dönәm sәdri Slovakiyanın XİN rәhbәri  Miroslav Lajcak, Avropa Şurası baş katibi Thorbjorn Jagland vә ABŞ Nümayәndәlәr Palatasının  üzvü  Eliot Engel  ilә görüşdü.

Çavuşoğlu-Timmermans görüşündә  15 iyul çevriliş cәhdi, miqrasiya vә  viza sәrbәstliyi mәsәlәlәri  müzakirә olundu. BMT Baş Assambleyasının sәdri Tombson ilә  dövlәt  çevrilişi cәhdi, qaçqınlar vә miqrantlar vә  Suriya  da daxil olmaqla  regiondakı proseslәr  gündәmә gәldi.

Çavuşoğlu- Eide görüşündә isә Kıbrıs müzakirәlәrinin  son vәziyyәti  müzakirә olundu.

Mövlud Çavuşoğlunun  Avropa İttifaqının dönәm  sәdri  Slovakiya XİN rәhbәri  Lajcak ilә  görüşündә  Türkiyә-Aİ münasibәtlәri, viza sәrbәstliyi  vә BMT-nin gündәmindәki  mәsәlәlәr  müzakirә olundu.

Çavuşoğlu-Jagland  görüşündә  çevriliş cәhdindәn sonra baş verәn proseslәr  vә Türkiyә-Avropa İttifaqı münasibәtlәri  gündәmә gәldi.

Çavuşoğlunun  ABŞ Nümayәndәlәr Palatasının  üzvü Engel ilә görüşündә ikitәrәfli  münasibәtlәr  müzakirә olundu.

Nazir M.Çavuşoğlu hәmçinin  Beynәlxalq Sülh  İnstitutunun  ev sahibliyindә keçirilәn Yaxın Şәrq mövzulu  iş  yemәyinә   qatıldı.

 



Әlaqәli Xәbәrlәr