“Çevriliş cəhdinin qarşısını alan bu millət qazidir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 15 iyuldakı çevriliş cəhdinin həyatları bahasına qarşısını alan bu millətin qazi millət olduğunu söyləyib.

572610
“Çevriliş cəhdinin qarşısını alan bu millət qazidir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdinin həyatları bahasına qarşısını alan bu millətin qazi millət olduğunu söyləyib.

Dövlət başçısı “19 sentyabr qazilər günü” münasibətilə veridiyi açıqlamada bildirib ki, Anadolu torpaqlarının vətən olması, millətin və ölkənin mövcudluğunu davam etdirməsində qazilik anlayışı ilk yeri tutan dəyərlər arasındadır. Mədəniyyətimizin ən nadir xüsusiyyətlərindən olan qazilik inamı bizə 1071-ci ildə Anadolu torpaqlarını verdiyi kimi Çanaqqalada, İstiqlal Hərbində ölkəmizin və millətimizin əbədiyyətə qədər var olacağını dünyaya açıq şəkildə elan etmişdir. Bu coğrafiyanın ruhunda, ölkənin hər daşı və hər qarış torpağında adları naməlum olan milyonlarla qazinin, şəhidin qanı var.

Dövlət başçısı sözlərinə davamla deyib ki, tarix boyunca neçə müharibələr, toqquşmalar yaşayan bu coğrafiyanın sakinləri istiqlali və istiqbali üçün hər zaman hazırlıqlı olan bir millətin övladlarıdır. Dünən buna yiyə duran millət bugün də Türkiyənin dincliyinə qəsd edən terrorla mübarizəni davam etdirir. Bu əziz millətin 15 iyuldakı çevriliş cəhdinin qarşısını alması, öz iradəsinə yiyə durması, qazilik şüurunun hansı səviyyədə önəmli olduğunun göstəricisidir. Bu millət qazi bir millətdir. Bu vətən şəhidlərin və qazilərin bizə əmanətidir. Biz də şəhidlərimizin, qazilərimizin mirasını layiqli şəkildə gələcək nəsillərə çatdıracağıq. Biz onlara minnətdarıq. “Allah onlardan razı olsun. Bu səbəbdən cümhuriyyətimizin banisi Qazi Mustafa Kamala istiqlal mübarizəsindəki rəhbərliyinə görə “müşir” (marşal) və “qazi” ünvanı verilməsinin ildönümü və “Qazilər günü”nü ən səmimi duyğularımla təbrik edir, bütün qazilərimizə minnətdarlığımı bildirirəm”-deyə Dövlət başçısı Ərdoğan vurğulayıb. 



Әlaqәli Xәbәrlәr