Hakkari şəhidlərinin sayı 4 oldu

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında çıxan qarşıdurmada yaralanan əsgər, müalicə olunduğu xəstəxanada şəhid oldu.

572313
Hakkari şəhidlərinin sayı 4 oldu

Dünən Hakkarinin Ağaçdibi kəndinin düzənliyində keçirilən əməliyyatda separatçı terror təşkilatı üzvləri tərəfindən təhlükəsizlik qüvvələrinə açılan atəş nəticəsində yaralanan əsgərlərdən biri aparıldığı xəstəxanada bütün müdaxilələrə rəğmən şəhid oldu.

Dünənki qarşıdurmada 3 əsgər şəhid olmuş, 4 əsgər də yaralanmışdı.

Bölgədə həyata keçirilən hava dəstəkli əməliyyatlar nəticəsində 5 terrorçu zərərsizləşdirilmişdi.



Әlaqәli Xәbәrlәr