Türkiyə Diyanət Vəqfi morolu müsəlmanların qurban sevincinə şərik oldu

Türkiyə Diyanət Vəqfinin Filippin üzrə  Qurban Koordinatoru Əsən Əli Duman verdiyi açıqlamad, kilometrlərlə uzaqdakı müsəlmanların qurban sevincinə şərik olmaq üçün Filippinə gəldiklərini bildirdi.

570669
Türkiyə Diyanət Vəqfi morolu müsəlmanların qurban sevincinə şərik oldu

Türkiyənin Diyanət İşləri İdarəsi və Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən keçirilən Vəkalətlə Qurban Proqramı çərçivəsində Moro müsəlmanlarının yaşadığı Filippinin Mindanao adasında 2 min 830 parçadan ibarət qurban əti ehtiyacı olanlara paylanıldı.
 
 Türkiyə Diyanət Vəqfinin Filippin üzrə  Qurban Koordinatoru Əsən Əli Duman verdiyi açıqlamad, kilometrlərlə uzaqdakı müsəlmanların qurban sevincinə şərik olmaq üçün Filippinə gəldiklərini bildirdi.
 
 Morolu müsəlmanların  vətəndaş müharibəsi səbəbindən illər boyu əziyyət çəkdiklərini qeyd edən Duman: "Burada olan vətəndaş müharibəsindədə demək olar ki, hər ailədən bir nəfər həyatını itirib. Biz də morolu qardaşlarımıza aramızdakı məsafələr nə qədər uzaq olursa, olsun hər zaman yaxın olduğumuzu hiss etdirmək və qardaşlığımızı yenidən möhkəmləndirmək üçün buradayıq" deyə danışdı.
 
 Türkiyə Diyanət Vəqfi (TDV) Tanzaniyanın muxtar bölgəsi Zanzibarın Tumbatu adasındakı müsəlmanlara da katerlərlə qurban əti çatdırılmasını təşkil etdi.



Әlaqәli Xәbәrlәr