TSK Baş Qərargahı "Fərat Qalxanı" əməlyyatı barədə məlumat yaydı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı TSK-nın sentyabrın 13-ü çərşənbə günü saat 18.00-ə qədər "Fərat Qalxanı"çərçivəsində apardığı əməliyyatlar barədə məlumat yaydı.

570428
TSK Baş Qərargahı "Fərat Qalxanı" əməlyyatı barədə məlumat yaydı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən Suriyanın şimalının terrorçulardan  təmizlənməsi üçün avqustun 24-də başladılan "Fərat Qalxanı" əməliyyatına dair  məlumat yayıldı.
 
Məlumatda "Fərat Qalxanı" əməliyyatının Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən, DEAŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidi dəf edərək sərhəd təhlükəsizliyini artırmaq və koalisiya qüvvələrinə dəstək vermək məqsədilə keçirildiyi xatırladıldı.

 Məlumatda sentyabrın 13-ü çərşənbə günü saat 18.00-ə qədər davam edən əməliyyatlar çərçivəsində Suriya sərhəd xəttində  lazımi təhlükəsizlik tədbirləri görülərək, Cerablus və Rai bölgələrində  kəşfiyyat, müşahidə, hədəf təsbiti və azad olunan bölgələrdə yaradılan müdafiə tədbirlərini möhkəmləndirmə fəaliyyətlərinin davam etdirildiyi bildirilir.
 Məlumata görə, yerləri müəyyən olunan  DEAŞ terror təşkilatına aid 5 hədəfə 11 Fırtına haubitsaları ilə atəş açılıb. Beləliklə, əməliyyatın başlanğıcından bu günə qədər 523 hədəfə 2 min 243 dəfə atəş açılıb.
 
 Hərbi hava qüvvələrinə məxsus təyyarələrə yerdə gözləmə əmri verilib.
 
 Koalisiya qüvvələri tərəfindən Yahmul, Kafer Khan, Gözəl Mezra və Cakka (Zeytinlik) bölgələrində müəyyən edilən DEAŞ terrorçularına qarşı 4 hava hərəkatı keçirilərək, 3 DEAŞ terrorçusu zərərsizləşdirilib, terrorçuların 4 minomyotu və 1 müdafiə mövqeyi məhv edilib.
 
 Suriya ilə sərhəd xəttində bir Bayraqdar pilotsuz uçuş aparatı fasiləsiz kəşfiyyat və müşahidə fəaliyyəti aparır.
 
Məlumatda Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD və Qızılay əməkdaşları tərəfindən Azad Suriya Ordusu və mülki vətəndaşlara yardım məqsədilə logistika fəaliyyətlərinin fasiləsiz olaraq davam etdirildiyi qeyd edilir,  Türkiyə Silahlı Qüvvələrinin koalisiyanın Suriyanın şimalında keçirdiyi əməliyyatlara dəstək verərkən bölgədə yaşayan dinc əhalinin zərər görməməsi üçün hər növ tədbir gördüyü, bu məsələdə maksimum həssaslıq göstərdiyi vurğulanır.



Әlaqәli Xәbәrlәr