Ərdoğanın telefon danışıqları Qurban Bayramının ikinci günündə də davam etdi

Prezident Ərdoğan telefon görüşlərində Qurban Bayramının İslam aləmi başda olmaqla,  bütün bəşəriyyətin səadət və əmin-amanlığına vəsilə olmasını dilədi.

570434
Ərdoğanın telefon danışıqları Qurban Bayramının ikinci günündə də davam etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qurban Bayramı münasibətilə keçirdiyi telefon görüşləri bayramın ikinci günündə də davam etdi.
 
 Prezident Ərdoğan Türkmənistanın dövlət başçı Gurbanguli Berdimuhammedov, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev, Malayziyanın baş naziri Nəcib Tun Abdürrəzzaq və Bosniya və Herseqovina Prezident Aparatı Şurasının sədri Bakir İzzetbegoviç ilə telefonla görüşdü..
 
 Prezident Ərdoğan telefon görüşlərində Qurban Bayramının İslam aləmi başda olmaqla,  bütün bəşəriyyətin səadət və əmin-amanlığına vəsilə olmasını dilədi.



Әlaqәli Xәbәrlәr