Başçılar xalqın Qurban Bayramını təbrik etdi

"Millətimiz onun iradəsini heçə sayan, çevriliş, terror və şiddətlə ölkəsini boyun əyməyə məcbur edəcəyini, dövlətini ələ keçirəcəyini sananlara açıq mesaj verdi", R.T.Ərdoğan

569563
Başçılar xalqın Qurban Bayramını təbrik etdi

  Xalqı Qurban Bayramı ilə əlaqədar təbrik edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan millətə, bütün İslam aləmi və bəşəriyyətə xeyir-duasını çatdırıb və həm də bu sözləri deyib: “Millətimiz onun iradəsini heçə sayan, çevriliş, terror və şiddətlə ölkəsinə boyun əyməyə məcbur edəcəyini, dövlətini ələ keçirəcəyini sananlara açıq mesaj verərək bildirdi ki, düşmən qarşısında böyük ordusu və polisiylə birlikdə 7-dən 70-ə 79 milyonluq bir Türkiyə və xalqı var."

  Türkiyə Ordusu Baş Qərargah rəisi, general Hulusi Akar da xalqı Qurban Bayramı münasibətilə təbrik edərək deyib: “Son terrorçu məhv olana qədər böyük bir əzm və qətiyyətlə terrorla mübarizə hərəkatı davam edəcək. Bayramları dinclik və güvən içində yaşamaq üçünsə Türkiyə Silahlı Qüüvvələri quru, dəniz və hava hüdudları, ölkə daxili və sərhədlərində gecə-gündüz demədən əmin-amanlıq keşiyi çəkir.”

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman da xalqı Qurban Bayramıyla əlaqədar təbrik edib və deyib: ​​"Ən böyük zənginliyimiz müxtəlifliyimizi sülh və əmin-amanlıq içində bir arada yaşatmaqdır. Hər cür şər planları boşa çıxaran millətimiz ümidlərini canlı tutaraq sabahlara doğru yürüməkdədir.”

  Baş nazir Binali Yıldırım isə bənzər bayram mesajında: "Xəyanət şəbəkələri bir vücudda birləşən millətin bütövlüyünə əsla xələl gətirə bilməz. Birliyimiz və gücümüzü qırmaq istəyən bütün çirkli oyunlar boşdur, mənasızdır bizimçün. Millətimiz başını önünə əydirməz”, - deyib.

  Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu bayram mesajında çevriliş cəhdi və terrorla mübarizədə haqq dünyasına qovuşan şəhidlərin ruhunu yad edib və “Yeni ağrıların yaşanmasına maneə törədəcək həll yollarını ən qısa müddətdə tapmalıyıq", - deyib. Kılıçdaroğlu onu da əlavə edib ki: "Yaranandan bəri İslam dünyasıyla birlikdə bütün məzlum dövlətlərin ümidi olan respublikanın təməlinə şəxsən ulu öndər Mustafa Kamal Atatürkün yerləşdirdiyi "Demokratik, dünyəvi və sosial hüquq dövləti" Türkiyənin problemlərin öhdəsindən gələcəyinə inanım tamdır".

  Digər müxalifət partiyası Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlet Bahçeli də xalqı Qurban Bayramı münasibətilə təbrik edib və deyib: “Türkiyə olduqca çətin və çətin olduğu qədər də ağır problemlərlə əlbəyaxa bir dövrdədir. Düşmən mövqelərilə ittifaqda olan FETÖ, PKK, İŞİD, DHKP-C, PYD/YPG kimi terror təşkilatlarının belinin qırılması, tam təmizlənməsi ancaq milli ruh və əqidənin güclü ilə mümkündür. Xaos gözləyənlərə fürsət verməmək, böhran elçilərinə şans yaratmamaq lazımdır.”



Әlaqәli Xәbәrlәr