“DAEŞ təmizliyi” adı altındakı oyun böyükdür”, V.Kaynak

Türkiyənin Baş nazir müavini Veysi Kaynak: “Beynəlxalq qüvvələrin Suriyadakı məqsədi terror təşkilatı DAEŞ-i yox etmək deyil, bölgədəki əhalini boşaltmaqdır” deyə vurğulayıb

569185
“DAEŞ təmizliyi” adı altındakı oyun böyükdür”, V.Kaynak

  Türkiyənin Kahramanmaraş şəhərində müxtəlif görüşlərdə olan Baş nazir müavini gündəmdəki mövzularla bağlı danışaraq deyib: “Oyun böyükdür. Beynəlxalq qüvvələrin məqsədi Türkiyədəki İncirlikdən və Diyarbəkirdən qaldırmaq istədikləri təyyarələrlə DAEŞ-i bombalayıb yox etmək yox, orada yaşayan türkmən, ərəb və sünnü kürdü oradan sürümək, torpaqları boşaltmaq, “DAEŞ təmizliyi” adı altında terror təşkilatı PKK-nın Suriya qolu olan PYD-ni orada yerləşdirməkdir".

  Qaziantepdə DAEŞ-in bombalı hücumundan sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) Cerablusa girdiyini xatırladan Veysi Kaynak Türkiyə Ordusunun cəmi 3 gün içində Cerablusu tərtəmiz hala gətirdiyini vurğulayaraq deyib: "15 gündən çox keçib. Şəhidlərin ruhu şad olsun. Bir neçə tankımız da aradan getdi. Amma əsas məsələ odur ki, 800 kilometr sahədə DAEŞ və PYD təmizləndi''.



Әlaqәli Xәbәrlәr