“DAEŞ-lə döyüşməsi ona haqq verməz”, M.Eker

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti Vaşinqtondakı görüşlərini tamamlayaraq vətənə dönüblər

568814
“DAEŞ-lə döyüşməsi ona haqq verməz”, M.Eker

  AK Partiya sədrinin müavini Mehdi Eker Fətullahçı Terror Təşkilatı FETÖ başçısının ABŞ-da rahat yaşamağa davam etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti Vaşinqtondakı görüşlərini tamamlayaraq vətənə dönüblər.

  Vaşinqtondan ayrılmazdan əvvəl AK Partiya sədrinin müavini Mehdi Eker və millət vəkilləri Türkiyənin ABŞ Səfirliyi binasında jurnalistlərin suallarını cavablandırıb, Vaşinqtonda 3 gün ərzində 20-dən çox amerikalı senator və Nümayəndələr Məclisi üzvüylə görüşdüklərini, 15 iyulda çevriliş cəhdi haqqında məlumat verdiklərini, FETÖ başçısının Türkiyəyə qaytarılmasını tələb etdiklərini və Suriyadakı terror təşkilatı PKK/PYD təhdidinın qarşısının alınacağı barədə sənəd-sübutla danışdıqlarını nəzərə çatdırıblar.

  FETÖ başçısının ABŞ-da hələ də sərbəst şəkildə heyətlər qəbul etdiyini, danışıqlar apardığını, təlimatlar verdiyini və Türkiyəni təhdidə davam etdiyini vurğulayan Eker deyib: "241 vətəndaşımız şəhid olub, minlərlə insan yaralanıb. Bu qanlı hadisənin birinci dərəcəli günahkarı FETÖ başçısıdır, amma o, ABŞ-da heç bir məhdudiyyət olmadan həyatını davam etdirir."

  AK Partiya sədrinin müavini PKK/PYD-nın həqiqətən terror təşkilatı olduğunu göstərən fotoşəkil və sənədləri paylaşaraq bu sözləri deyib: "Terror təşkilatı terror təşkilatıdır. Digər terror təşkilatı DAEŞ-lə döyüşməsi ona haqq verməz. Bizim fikrimizə görə, DAEŞ Türkiyəyə nə qədər zərərlidirsə, PKK/PYD terror təşkilatı da o qədər ziyanvericidir.

  ABŞ bölgənin sabitliyini istəyirsə, bu mövzuda Türkiyəyə dəstək olmalı, yardım etməlidir”.



Әlaqәli Xәbәrlәr