Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı "Fərat Qalxanı" əməliyyatı barəsində məlumat yaydı

Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Şadır Məskun Mahalinin qərbində aşkar edilən doçka silahı ilə yüklənmiş nəqliyyat vasitəsi və aralarında DAEŞ terrorçularının  qərargahı olan iki binanın da olduğu 5 hədəf məhv edildi.

567292
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı "Fərat Qalxanı" əməliyyatı barəsində məlumat yaydı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda Türk Silahlı Qüvvələri tərəfindən DAEŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidi dəf edərək sərhəd təhlükəsizliyini artırmaq və koalisiya qüvvələrinə dəstək vermək məqsədilə 24 avqustda başladılan "Fərat Qalxanı" əməliyyatının Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqları və BMT Konvensiyasının 51-ci maddəsində göstərilən özünümüdafiə hüququ ilə BMT-nin DAEŞ-lə mübarizə istiqamətində aldığı qərarlar çərçivəsində davam etdirildiyi bildirilir.
 
Əməliyyatın 15-ci günündə Şandi bölgəsində terrorçulara aid olan 4 hədəf  müəyyən olunaraq Fırtına haubitsaları ilə 10 atəşlə tamamilə məhv edildiyi qeyd olunduğu məlumatda: " Fərat Qalxanı" əməliyyatının başladığı gündən bu günə qədər ümumilikdə 441 hədəfə 1967 atəş açılıb. Eyni zamanda, Şadır Məskun Mahalinin qərbində aşkar edilən doçka silahı yüklənmiş bir nəqliyyat vasitəsi, DAEŞ terrorçularının qərargah olaraq istifadə etdikləri 2 bina da daxil olmaqla, 5 hədəf Türkiyə Hərbi  Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən atəş açılaraq məhv edilib.
 Türkiyə Silahlı Qüvvələri bölgədə yaşayan dinc əhalinin zərər görməməsi üçün hər növ tədbiri görür və bu məsələdə maksimum dərəcədə həssaslıq göstərir" yazılır.
 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatına görə, Koalisiya Hərbi Hava Qüvvələri tərəfindən silahlı pilotsuz uçan aparatla Vukufun cənubunda DAEŞ-ə aid bir bomba yüklü nəqliyyat vasitəsi içindəkilərlə birlikdə məhv edilib.



Әlaqәli Xәbәrlәr