Türkiyə baş nazirinin müavini Nurəddin Canikli açıqlama verdi

Türkiyə Nazirlər Kabinetinin iclası prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dünən Prezident Kompleksində keçirildi.

567304
Türkiyə baş nazirinin müavini Nurəddin Canikli açıqlama verdi

 Nazirlər Kabinetinin təxminən 6 saat yarım davam edən iclasından sonra baş nazirin müavini Nurəddin Canikli açıqlama verdi.
Nurəddin Canikli iclasda G20  sammitinin dəyərləndirildiyini, daxili və xarici təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu bildirdi.
 
 Canikli Çində keçirilən G20 sammitində Türkiyənin prezident Ərdoğanın iştirakı ilə  təmsil edildiyini və  geniş nümayəndə heyətinin iclaslarda iştirak etdiyini xatırladaraq, Ərdoğanın sammit ərzində intensiv və hərtərəfli danışıqlar apardığını və sammitdə iştirak edən bütün ölkələrin dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirdiyini qeyd etdi.
 
 Canikli görüşlərdə  terrorizm, Suriya məsələsi və Türkiyənin üzləşdiyi 15 iyul çevriliş təşəbbüsü ilə bağlı ətraflı məlumatlandırılmaların olduğunu söylədi.
 
 Baş nazirin müavini  "Fərat Qalxanı" əməliyyatı haqqında Suriyada bu ana qədər 772 kvadrat kilometr sahənin terror təşkilatı DEAŞ-dan təmizləndiyini və bölgənin Azad Suriya Ordusunun nəzarətində olduğunu vurğuladı.
 
 Əməliyyat müddətində bu günə qədər 4 əsgərin şəhid olduğunu, 19 əsgərin də yaralandığını bildirən Canikli, dörd tanka ağır,  bir zirehli döyüş vasitəsinə yüngül ziyan dəydiyini qeyd etdi.
 
 Azad Suriya Ordusunda isə 16 şəhid, 27 yaralının olduğu barədə məlumat verən Canikli, Suriyanın Cerablus bölgəsində həyatın normal axarına döndüyünü söylədi.
 Cerablusun su ehtiyacının bazar ertəsi, enerji ehtiyacının şənbə günü təmin olunacağını bildirən Canikli, Türkiyədəki cerablusluların da vətənlərinə qayıtmağa başladıqlarını dedi.
 
 Canikli,verilə suala cavab olaraq, Rakkanın terror təşkilatı DEAŞ-dan təmizlənməsi istiqamətində   ABŞ-ın tələbinə müsbət yanaşıldığını, məsələnin texniki tərəfləri ilə əlaqədar  görüşlərin davam etdiyini bildirdi.
 
 Canikli  Fətullahçı Terror Təşkilatı /Paralel Dövlət İdarəçiliyinə qarşı (FETÖ/PDY) əməliyyatlarda səhvən işdən çıxarılma hallarında düzəliş kanallarının açıq olduğunu da ifadə etdi.



Әlaqәli Xәbәrlәr