Daha 3 yeni qanun hökmündə qərarnamə “Resmi Gazete”da dərc olunub

Fövqəladə vəziyyət (OHAL) çərçivəsində daha 3 yeni qanun hökmündə qərarnamə “Resmi Gazete”da dərc olunub.

563577
Daha 3 yeni qanun hökmündə qərarnamə “Resmi Gazete”da dərc olunub

Fövqəladə vəziyyət (OHAL) çərçivəsində daha 3 yeni qanun hökmündə qərarnamə “Resmi Gazete”da dərc olunub.

Qərarnamələr ilə terror təşkilatlarına və yaxud da dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyət apardığına qərar verilən quruluş, təşkilatlanma yaxud da qruplara üzv olan ya da əlaqəsi olan xeyli sayda insan dövlətdəki işindən kənarlaşdırılıb.

“Resmi Gazete”nin təkrar nömrəsində dərc olunan qanun hökmündəki qərarnamələr ilə terror təşkilatlarına və yaxud da Milli Təhlükəsizlik Şurası tərəfindən dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyət apardığına qərar verilən quruluş, təşkilatlanma yaxud da qruplara üzv olan Polis Müdirliyi, Jandarma Komandirliyi, Sahil Mühafizə Komandanlığı və dövlət qurumlarındakı xeyli sayda insan dövlətdəki vəzifələrindən çıxarılıb.

Hakimlik, prokurorluq peşəsindən öz istəkləri ilə təqaüdə çıxan yaxud yenidən peşəsinə qayıtmaq istəyənlərə 2 ay ərzində müraciət etmələri və məsləyə qəbulda nəzərə alınan xüsusiyyətləri davam etdirmək şərtilə yenidən məsləklərinə qayıtma imkanı yaradılıb.

23 iyul tarixində qəbul edilən qanun hökmündə qərarnamə ilə bağladılmasına qərar verilən bəzi xüsusi təhsil müəssisələri və tələbə yataqxanaları bu çərçivədən çıxarılıb.  

Axtarışda olan Fətullahçı Terror Təşkilatı (FETÖ) şübhəlilərinin həyat yoldaşlarının da pasportları ləğv edilib.

Qanun hökmündəki qərarlara görə həbsxanalara nəzarət heyətlərinin sədr və üzvlərinin vəzifələri 10 gün ərzində başa çatacaq.

Fövqəladə vəziyyət müddətində şirkətlər iflaslarını təxirə salmağı tələb edə bilməyəcəklər.

Qərarnamələrə əsasən ölkə xaricindəki FETÖ məktəblərinin diplomları ilə ölkə xaricində təhsil almış 158 nəfərin tələbə hüquqları ləğv edilib.



Әlaqәli Xәbәrlәr