Aİ, viza rejiminin lǝğvinǝ dair verdiyi  sözǝ ǝmǝl etmǝlidir

Aİ, Türkiyǝ  vǝtǝndaşlarına  viza  rejiminin lǝğvinǝ dair verdiyi  sözǝ  ǝlǝm etmǝzsǝ Geri Qəbul müqaviləsinin  tǝtbiqi   dayandırılacaq: Çavuşoğlu

562263
Aİ, viza rejiminin lǝğvinǝ dair verdiyi  sözǝ ǝmǝl etmǝlidir

Mevlüt Çavuşoğlu, Yunanıstanın  media  vasitǝsi Kathimeriniyǝ    verdiyi  müsahibǝdǝ: “Aİ öhdəliklərinǝ ǝmǝl  etmǝsǝ, Türkiyə qeyri-qanuni köçün  qarşısını  alabilǝr. Aİ,  Türkiyǝ  vǝtǝndaşlarına  tǝtbiq  etdiyi  viza  rejimini  lǝğv  edǝcǝyinǝ  dair verdiyi  sözǝ oktyabr ayına dǝk  ǝmǝl   etmǝlidir.  Əks  tǝqdirdǝ  Geri Qəbul müqaviləsiylǝ  bağlı  lazımlı   addımlar   atılacaq”. 

Türkiyə ilə Yunanıstan arasındakı əlaqələrin  irǝli   pillǝlǝrǝ   çıxarılması  üçün   lazımlı  potensiyalın   mövcud  olduğunu   ifadǝ  edǝn   Çavuşoğlu 15 iyul   çevriliş  cǝhdinǝ qatıldıqdan  sonra   Yunanıstandan sığınacaq  tǝlǝb  edǝn  8 çevrilişçinin  Türkiyǝyǝ   tǝhvil  verilmǝsini   arzuladığını  bildirib. Dost vǝ  müttǝfiq  ölkǝlǝrin   Fǝtullahci Terror Təşkilatı fetonun Türkiyə xaricində yaşayan üzvlərinə qarşı edilǝn  mübarizǝyǝ  dǝstǝklǝrini   istǝyib.   

 

 



Әlaqәli Xәbәrlәr