Yığdıqları pulları xaricindəki lobbilərinə göndərirdilər

Türkiyənin Daxili İşlər naziri Əfkan Ala Fətullahçı Terror Təşkilatının (FÜTÖ) "Hümmət" adı altında yığdıqları pullarla ölkə xaricində lobbi fəaliyyəti göstərdiyini söyləyib

560337
Yığdıqları pulları xaricindəki lobbilərinə göndərirdilər

  Anadolu Agentliyinə verdiyi müsahibədə Əfkan Ala FETÖ ilə bağlı istintaqlarda bu günə qədər təşkilat üzvlərinin, xüsusən, Türkiyə Silahlı Qüvvələri və digər təhlükəsizlik qurumlarına sızdıqlarını müəyyənləşdirərkən başqa siyasi ayaqların da ortaya çıxdığını söyləyib.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) təlimatına görə, bu terror təşkilatı mənsubları əsla heç bir önəmli qurumlarda yer almamalıdır.

  Bir neçə FETÖ-çü millət vəkili nəzarətdədir.

  FETÖ-çülərin əsas partiyaları ələ keçirmək kimi işləri də bir-bir ortaya çıxarılıb.

  Əfkan Ala Ankara Akıncı hərbi bazası yaxınlığında 16 iyulda jandarma qruplarının nəzarətə aldığı, sövq edildiyi Ankara Qərb İkinci Sülh Cəza Hakimliyi tərəfindən sərbəst buraxılan, təşkilatın "Hava qüvvələri imamı" adlandırdığı, Sakarya Universiteti İlahiyyat fakültəsinin müəllimi Adil Öksüzün də tutulmasının xüsusi qruplara tapşırıldığını bildirib.



Әlaqәli Xәbәrlәr