Yavuz Sultan Səlim Körpüsü açıldı

İstanbul dənizlərinə üçüncü körpü əlavə edildi: Yavuz Sultan Səlim körpüsü dünya liderlərinin də qatıldığı mərasimlə açıldı

560097
Yavuz Sultan Səlim Körpüsü açıldı
köprü.jpg

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çıxışında bu sözləri dedi: "Bu millət nəyə layiqdirsə, hamısına nail olacaq. Çünki müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq danışmaqla deyil, icra ilə olur…

  Həm təkərli, həm relsli nəqliyyat keçidi olan bu körpü dünyada özünəməxsus yeri alacaq. Hal-hazırda iftixarla seyr etdiyimiz bu körpüdə dünyanın filmləri belə çəkiləcək. Atalar deyib: “Eşşək ölər, yəhəri qalar, insan ölər, əsəri qalar”. Biz bunlarla xatırlanacağıq. Biz yola bunlarla davam edəcəyik…

  İnşaallah, Kanal İstanbulun da hazırlıq işləri bitir. İndi Çanaqqalaya bir boyunbağı lazımdır. Buna görə Çanaqqala Körpüsünün hazırlıqlarını görürük. İnşaallah, bütün bunlarla birlikdə Türkiyə dünyada fərqli və özünəxas mövqeyə çatacaq. Niyə həzm edə bilmirlər? Niyə bizə həsəd aparırlar? Bax, elə belə işlərə görə.

  Dövlət içində dövlət deyirlər. Əsla! Belə həvəsə qapılanlar şələ-küləsini yığışdırıb getsin. Nə demişdik? Gələcəyik. Gəldikmi?

  Bazar günü Qaziantepə gedirəm, başsağlığına. Oradakı şəhidlərimizin xatirəsini yad etməyə gedirəm. Bunu unutmayın: lider daşın arxasında gizlənərsə, millət və ordu dağın arxasına qaçar.”

  Daha sonra Ərdoğan çıxışına belə davam etdi: "Geriyə baxdığımız zaman millət olaraq 2200 illik bir dövlətçilik və ordu ənənələrinə, 1400 illik mədəniyyət zənginliyinə, min illik bir coğrafi sərhədlərə sahibik. Bu qədim tarixin ən əhəmiyyətli xüsusiyyəti odur ki, birlik və bərabərliklə hərəkət etdiyimiz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir problem və hədəf yoxdur. Hələ 100 il əvvəl Çanaqqala zəfəri və sonra İstiklal müharibəsini millət olaraq birliyimiz, bərabərliyimiz sayəsində qazandıq. 15 iyulda da yenə millətimizin tək bədən olaraq çevriliş edənlərin qarşısında durmaları hesabına məqsədimizə çatdıq. İnşaallah, bundan sonra ixtilaf və ayrılıqsız, bu şəkildə yolumuza davam edərik."

  Türkiyənin 11-ci prezidenti Abdulla Gül də Yavuz Sultan Səlim köprüsünün açılışında çıxış etdi: "Bu möhtəşəm körpünün təməlini 3 il əvvəl prezident olaraq atmışdım. İstanbulda həyat bundan sonra daha çox asanlaşacaq".

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman da öz növbəsində bu sözləri dedi: "Türkiyəmiz inkişaf etdikcə və belə əsərlərlə irəlilədikcə önünü kəsmək istəyirlər. Bu günlərdə yenə qara bir gün yaşadıq, amma 20 saat ərzində onu da sovuşdurduq."

  Yavuz Sultan Səlim körpüsünün İstanbul tıxacını seyrəldəcəyini söyləyən ölkənin Baş naziri Binəli Yıldırım bu sözləri dedi: "Bu gün İstanbul üçün böyük bir gündür: 26 avqust 1071-ci il Malazgirt zəfərinin ildönümüdür. İstanbul qapılarını açan Sultan Alpaslanın ruhu şad olsun. 15 iyulda Türkiyənin gələcəyi üçün həyatını fəda edən şəhidlərin də ruhu şad olsun..”

  Baş nazir Yavuz Sultan körpüsünün təkcə İstanbul camaatına deyil, həm də uzaq Şərqdən - Çindən yola alıb Londona qədər gedən tarixi İpək Yolundakı bütün səfərlərə xidmət edəcəyini belə ifadə edib: "Bu körpü insanlığı bir-birinə bağlayan və mədəniyyətləri bir-biriylə görüşdürən ən gözəl əsərlərin başında gəlir."

  Qeyd edək ki, İstanbul boğazının Qaradənizə baxan şimal tərəfində inşa edilən körpünün adı 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimə ithafən verilib. “Düzəlt-işlət-transfer” (Yap-İslet-Transfer) modeliylə təxminən 39 aya tamamlanan körpü təxminən 4,5 milyard dollara başa gəlib. İstanbulun Avropa və Asiya yaxalarını 3-cü dəfə bir-birinə bağlayan körpü 8 sıra quru yolu, 2 sıra dəmiryolu olaraq ümumilikdə 10 yol xətlərindən ibarətdir.

  Yavuz Sultan Səlim körpüsü 59 metr genişliyi ilə dünyanın ən geniş, 1408 metrlik açıqlığı ilə üzərində relsli sistem olan ən uzun və 320 metrdən artıq yüksəkliyilə dünyanın ən hündür qülləyə malik asma köprüsüdür.



Әlaqәli Xәbәrlәr