Ərdoğan:"Bu millət Türkiyəyə təhdid olanlara qarşı ordusu, polisi, qoruyucusu ilə durur və duracaq"

Türkiyənin presidenti Rəcəb Tayyib Ərdoğan Suriyadan Türkiyəyə olan hücumlara son qoymaq üçün bu səhərdən etibarən Suriyadakı terror təşkilatlarına qarşı əməliyyat başladığını bildirdi.

558449
Ərdoğan:"Bu millət Türkiyəyə təhdid olanlara qarşı ordusu, polisi, qoruyucusu ilə durur və duracaq"

Ankarada əlillərin dövlət müəssisə və təşkilatlarına yerləşdirilməsi üçün keçirilən püşkatma mərasimində çıxış edən Ərdoğan son günlərdəki terror hücumlarında şəhid olanların sayının dünənədək 241olduğunu söyləyərək, şəhidlərə Allahdan rəhmət dilədi, yaxınlarına başsağlığı verdi.

Ölkənin bir daha bu növ bəlalar yaşamamasını diləyən prezident: "Bu anda, təəssüf ki, Suriyadan ölkəmizə; Qaziantepə, Kilisə edilən hücumlar işi bu nöqtəyə gətirdi. Artıq bunun burada bitməsini lazım bildik. Ordumuz səhər saat 04.00-dan etibarən DEAŞ, PYD kimi terror təşkilatlarına əməliyyata başlamışdır. Artıq bu işi həll etməliyik. Bəziləri meydan oxuyurlar: "Suriya Türkiyə üçün belə olacaq, elə olacaq" deyə. Siz nə olacağınızın hesabını edin" dedi.

Ərdoğan: " Bu millət Türkiyəyə təhdid təşkil edənlərin qarşısında  ordusu, polisi, qoruyucusu və milləti ilə durur və duracaqdır" deyə danışdı.

Terrora qarşı birlikdə mübarizənin əhəmiyyətinə toxunan Ərdoğan: " Dünya səviyyəsində terrora qarşı bir razılıq əldə olunmazsa, bu vəziyyətə görə bütün bəşəriyyət məsuliyyət daşıyacaqdır. Bu səbəbdən birlikdə mübarizə aparmaq şərtdir. Bizim əvvəldən bəri güclü tarixi bağlarımızın olduğu suriyalı qardaşlarımıza səmimi yardım əli uzatmaqdan başqa heç bir niyyətimiz və fəaliyyətimiz olmamışdır" ifadələrindən istifadə etdi.

Türkiyənin Suriyanın ərazi büövlüyünü qorumaqda qərarlı olduğunu vurğulayan Ərdoğan: " Bu qətiyyətimizi bütün dünyaya bir daha ifadə etmək istəyirəm. Türkiyə Suriyada səhnələşdirilməyə cəhd göstərilən oyuna, "fait accompli"yə əsla icazə verməyəcəkdir. Lazım olsa, məsələyə bilavasitə əl qoymaq da  daxil olmaqla, bütün imkanlarımızdan istifadə edərək Suriyanın ərazi bütövlüyünü qorumaqda və bu ölkənin öz xalqının iradəsi ilə idarə olunmasını təmin etməkdə qərarlıyıq" dedi.

Terror təşkilatlarının Türk millətini bölə bilməyəcəyini vurğulayan Ərdoğan: "Bacarmayacaqsınız. Millətimizi bölə, bayrağımızı endirə, vətənimizi parçalaya, dövlətimizi yıxa, azanlarımızı susdura bilməyəcəksiniz. Bu ölkəni diz çökdürə, bu xalqa byunduruq geyindirə bilməyəcəksiniz " dedi.

Terror təşkilatı DEAŞ-ın İslam ilə əlaqəsi olmadığını vurğulayan Ərdoğan, tam əksinə, bu əsrdə İslamın başına bəla olduğunu söylədi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da "Fərat Qalxanı" əməliyyatı barəsində: "Məqsədimiz, DEAŞ terror təşkilatını şimaldan aşağı doğru süpürməkdir. Əlimizdə olan bütün imkanlarla bu mübarizəni davam etdiririk" dedi.
 

 Çavuşoğlu Avropa Şurası Nazirlər Komitəsinin dönəm sədri, Estoniyanın xarici işlər naziri Marina Kaljurand ilə keçirdiyi birgə mətbuat  konfransında əməliyyatı əvvəlindən ABŞ ilə planlaşdırdıqlarını bildirdi.,

Nazir: " Hazırda Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətləri planlaşdırıldığı kimi dayanmadan davam edir. Hava dəstəyi ilə əlaqədar, koalisiya ilə birlikdə çalışırıq" deyə danışdı.
 
 YPG terrorçularının da təcili olaraq Fəratın şərqinə keçməsi lazım olduğuna diqqəti çəkən Çavuşoğlu: " ABŞ da bu barədə  söz verdi. Biz bununla əlaqədar razılaşma əldə etdik. Əks təqdirdə, çox açıq deyirəm, nə lazımsa edərik" dedi.
 
 Türkiyənin daxili işlər naziri Efkan Ala da, əməliyyatla əlaqədar olaraq: "Türkiyəyə qarşı hücumlara seyirçi qalmayacağıq" dedi.
 
 Anadolu Agentliyinin redaktor masasının qonağı olan Ala, əməliyyatın Türkiyənin ən qanuni haqqı və səlahiyyəti olduğunu bildirərək, bu çərçivədə fəaliyyətlərin davam etdiyini bildirdi.
 Ala əməliyatın Cerablus təmizlənənə qədər, sərhəddəki terror təhdidi ortadan qalxana qədər davam edəcəyini söylədi.
 
 Türkiyənin öz sərhədlərinin və vətəndaşının təhlükəsizliyini təmin edəcəyini bildirən daxili işlər naziri: "Türkiyə bununla əlaqədar lazımi işləri görür. Bunu edərkən də beynəlxalq həssaslığı, münasibətləri nəzərə alaraq edir" deyə danışdı.



Әlaqәli Xәbәrlәr