İraqın sabitlik və rifahı üçün

İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) sədri Məsud Bərzani dünən Türkiyədə olub

557912
İraqın sabitlik və rifahı üçün
yıldırım-barzani.jpg

  Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra hökumətə dəstək verən Məsud Bərzanini ökə başçısı Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında qəbul edib. Görüşdə regional proseslərlə yanaşı DAEŞ və PKK daxil olmaqla bütün terror təşkilatlarıyla mübarizə, eyni zamanda, Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli məktəb və təşkilatların fəaliyyətlərinə son verilməsi barədə danışılıb.

  Məsud Bərzani daha sonra Ankara Çankaya Köşkündə olub və Baş nazir Binəli Yıldırımla bir araya gəlib. Görüşdə Yıldırım Türkiyənin İraqın sabitlik və rifahı üçün yaxşı qonşuluq, dostluq və qardaşlıq bağları içərisində lazımi addımları keçmişdə olduğu kimi bu gün və sabah da atmağa hazır olduğunu vurğulayıb, bütün terror təşkilatlarıyla qətiyyətli mübarizənin yenə davam etdiriləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr