Cerablusdakı terrorçular top atəşindən qurtula bilmədi

Türkiyə Silahlı Qüvvələri Müştərək Xüsusi Hədəf Qüvvəsi və koalisiya hava qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinə bağlı Cerablus bölgəsinin terror təşkilatı DAEŞ ünsürlərindən təmizlənməsi məqsədilə hərəkat başlanılıb

557905
Cerablusdakı terrorçular top atəşindən qurtula bilmədi

  Koalisiya qüvvələri DAEŞ terrorçularını iri çaplı roketatarlarla (CNR) top atəşinə tutduqdan sonra Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələri Cerablus bölgəsini bombalayıb və terrorçular zərərsizləşdirilib.

  Sübh saat 04.00-dən başlanan hərəkatın məqsədi sərhədin terror təşkilatlarından təmizlənməsi və sərhəd təhlükəsizliyinin artırılması, eyni zamanda, Suriyanın ərazi bütövlüyünün dəstəklənməsidir. Hədəfdə yeni köç dalğasının qarşısının alınması və bölgənin sadə, silahsız vətəndaşlarına humanitar yardım çatdırılması da var.



Әlaqәli Xәbәrlәr