Türkiyənin Ali Hərbi Şurası yeni tərkibi ilə ilk toplantısını keçirdi

Türkiyənin  Ali Hərbi Şurasının (YAŞ) sivil üzvlərin də qatıldığı yenilənən tərkibində ilk toplantısı oldu.

557516
Türkiyənin Ali Hərbi Şurası yeni tərkibi ilə ilk toplantısını keçirdi


Toplantıdan əvvəl ölkənin baş naziri Binəli Yıldırım və Şura üzvləri Anıtqəbiri ziyarət etdilər.
  Baş Nazir Binəli Yıldırım Anıtqəbir xatirə dəftərinə ürək sözlərini yazdı: "Böyük Atatürk, Ali Hərbi Şuranın  heyəti olaraq hüzurundayıq. "Hakimiyyət qeyd-şərtsiz millətindir" prinsipini bütünlüklə həyata keçirmək, demokratiyamızı ən uca səviyyələrə yüksəltmək və milli iradəni təhdid edən bütün amilləri aradan qaldırmaq üçün var qüvvəmizlə çalışırıq.
Bilirik ki, ölkəmiz demokratiya, hüquq və ədalət əsasında gücləndikcə, siyasi, hərbi, iqtisadi inkişafını davam etdirəcək, bölgəmizin sülhü və əmin-amanlığı üçün ümid mənbəyi olacaqdır.
 Dünyanın güclü dövlətləri arasında olan Türkiyə Cümhuriyyəti günahsız uşaqların belə hədəf alındığı xain terror fəaliyyətlərinin, dövlət çevrilşi təşəbbüslərinin və vətəndaşlarına yönəlmiş hər növ təhlükələrin qarşısını alacaq bir gücə malikdir. Bu anlayışla  Ali Hərbi Şuranın 2016-ci il Avqust Dönəminə aid işlərimizin xeyirli olmasını diləyir, müstəqil dövlətimizi bizə irs qoyan bütün şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edirik".
  Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdindən sonra fövqəladə vəziyyət çərçivəsində çıxan qanun hökmlü fərmana əsasən struktur dəyişikliyi edilən Ali Hərbi Şuranın heyətinə Baş Nazir Binəli Yıldırım rəhbərlik edir. Heyətə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, baş nazirin müavinləri: Mehmet Şimşək, Numan Kurtulmuş, Nurəddin Canikli, Tuğrul Türkeş, Veysi Kaynak, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Efkan Ala, milli müdafiə naziri Fikri İşıq, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları komandanı ordu generalı Salih Zəki Çolak, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanı ordu generalı Bülənd Bostanoğlu ilə Türkiyə Hərbi Hava Qüvvələri komandanı ordu generalı Abidin Ünal daxildir.

 



Әlaqәli Xәbәrlәr