"Litvanın Türkiyǝ ilǝ  ǝlaqǝli  izlǝdiyi siyasǝti yüksǝk qiymǝtlǝndiririk": B.Yıldırım

Baş nazir Yıldırım, Ankarada rǝsmi sǝfǝrdǝ olan Litva Xarici işlər naziri Linas Linkeviciusu Çankaya Köşkündə qəbul edib.

557211
"Litvanın Türkiyǝ ilǝ  ǝlaqǝli  izlǝdiyi siyasǝti yüksǝk qiymǝtlǝndiririk": B.Yıldırım

Avropa İttifaqı üzvü bir ölkədǝn Xarici işlər naziri səviyyəsində reallaşan ziyarǝtin mǝnadar olduğunu ifadǝ edǝn Baş nazir Binali Yıldırım, Litvanın Türkiyədəki Fǝtullahci Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (fǝto / PDY)-nin 15 iyul xain çevriliş cǝhdi qarşısında ilk gündǝn bǝri izlǝdiyi siyasǝtin təqdirǝ şayan olduğunu vurğulayıb. Çevriliş cǝhdinǝ qarışmış fǝto mənsublarıyla mübarizənin demokratik hüquq dövləti qaydaları çərçivəsində qətiyyətlə davam edǝcǝyini sǝslǝndirǝn Yıldırım: “Türkiyə Litva ilə əlaqələri hər sahədə inkişaf etdirməkdǝ hazırdır. İki ölkən arasında NATO və regional siyasətlər məzmununda məhsuldar dialoq mövcutdur” deyǝ qeyd edib.

Litva Xarici işlər naziri Linkevicius da 15 iyul çevriliş cəhdi vǝ başda Gaziantǝp olmaqla terror hücumlarında həyatını itirənlər üçün başsağlığı verib. İki ölkə arasındakı güçlü müttəfiqlik əlaqələri çərçivəsində Türkiyənin terrora qarşı etdiyi mübarizǝyǝ dǝstǝklǝrinin hǝr daim davam edǝcǝyini bildirib.

Qonaq xarici işlǝr naziri ilǝ Baş nazir Binalı Yıldırım arasında baş tutan görüşdǝ ikitərəfli münasibətlər və regional məsələlər dǝ müzakirǝ edilib.



Әlaqәli Xәbәrlәr