Binəli Yıldırım Suriyanın ərazi bütövlüyünün qorunmasının vacib olduğunu bildirdi

Türkiyənin baş naziri Binəli Yıldırım  Çankaya Köşkündə keçirilən Nazirlər Kabinetinin iclasının fasiləsində jurnalistlərlə görüşdü.

557142
Binəli Yıldırım Suriyanın ərazi bütövlüyünün qorunmasının vacib olduğunu bildirdi

Türkiyənin baş naziri Binəli Yıldırım Suriyanın ərazi bütövlüyünün qorunmasının vacib olduğunu söylədi.
 
 Baş nazir  Çankaya Köşkündə keçirilən Nazirlər Kabinetinin iclasının fasiləsində jurnalistlərlə görüşdü.
 
 Yıldırım Suriyanın ərazi bütövlüyünün təkcə Türkiyənin deyil, İranın və qonşu ölkələrin də əhəmiyyət verdiyi məsələ olduğunu qeyd etdi, böyük dağıntılara məruz qalan Suriyanın parçalanma təhlükəsilə mübarizə aparacaq gücünün qalmadığını dedi.
 
 Suriya xalqının gələcəyi haqqında söz sahibi olacağı vahid Suriya dövlətinin və  bütün etnik qrupların təmsil olunacağı hakimiyyət mexanizminin yaradılmasının vacib olduğunu ifadə edən Türkiyə baş naziri: "Qonşu ölkə olaraq Türkiyə, məsələ ilə yaxından bağlı İran başda olmaqla Rusiya, Amerika, hətta bəzi Körfəz ölkələri və Səudiyyə Ərəbistanının da rol alacağı bir modellə artıq daha çox vaxt itirmədən Suriyada yeni bir səhifənin açılması həyati əhəmiyyət kəsb edir" dedi.
 
 İsrailin Qəzza bölgəsinə təşkil etdiyi hava hücumuna toxunan Yıldırım,  mülkiü vətəndaşlara qarşı olan bu növ  hücumları təqdir etmədiklərini vurğuladı.
 
 Baş nazir: "Bizim İsrail ilə münasibətlərimizin normallaşması fələstinlilərin haqlı iddiaları ilə bağlı mövqeyimizə, onlarla birlikdə hərəkət etməyimizə heç vaxt mane olmaz" ifadələrindən istifadə etdi.
 
 Yıldırım Türkiyə-Misir münasibətləri barədə: "Misir ilə əlaqələri inkişaf etdirməyin tərəfdarıyıq. Misir mədəniyyəti, dəyərləri bizimlə çox yaxın olan bir ölkədir, xalqlarımız qardaşdır. Hakimiyyət uğrunda olan münaqişələr xalqlarımızın münasibətlərində əks olunmamalıdır" dedi.
 
 Baş nazir  dünən gün ərzində CHP lideri Kamal Kılıçdaroğlu və MHP-nin sədri Dövlət Baxçeli ilə keçirdikləri toplantını müsbət və konstruktiv olaraq dəyərləndirdi.
 
 Müxalifət liderləri ilə daxili və xarici siyasətdəki proseslər barədə məlumat mübadiləsi apardığını bildirən Yıldırım, yeni konstitusiya layihəsini 5-10 gün ərzində liderlərə təqdim edəcəklərini də qeyd etdi..
 
 Baş nazir ölkənin şərq və cənub-şərqinə yönəldilmiş investisiya, həvəsləndirmə və dəstək layihələrini  yaxın günlərdə ictimaiyyətə təqdim edəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr