Behicuddin Şəhabi: "FETÖ-ya qarşı mübarizə vəfa borcumuzdur"

Makedoniya Mədəniyyət Nazirliyi müşaviri Behicuddin Şəhabi Fətullahçı Terror təşkilatına qarşı mübarizənin Makedoniyanın  vəfa borcu olduğunu qeyd

554534
Behicuddin Şəhabi: "FETÖ-ya qarşı mübarizə vəfa borcumuzdur"

Türkiyənin hər zaman Makedoniyaya təmənnasız dost əli uzadan ölkə olduğunu bildirən Makedoniya Mədəniyyət Nazirliyi müşaviri Behicuddin Şəhabi Fətullahçı Terror təşkilatına qarşı mübarizənin Makedoniyanın  vəfa borcu olduğunu qeyd edib.

Behicuddin Şəhabi Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETO / PDY) 15 iyuldakı çevriliş cəhdini Anadolu Agentliyinə müsahibəsində şərh edib.

Makedoniyanın ən qısa zamanda bu məsələ ilə bağlı lazımi addımlar atacağını bildirən Şəhabi Türkiyə tərəfindən bu mövzuda alınacaq məlumatların ciddi şəkildə araşdırılacağını və lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

Şəhabi FETÖ üçün çalışan təşkilatların Baltikyanı əraziləri qərargah kimi istifadə edə biləcəyini, ancaq bölgədəki digər ölkələrlə nisbətdə Makedoniyada FETÖ ilə əlaqəsi olan çox az adamın olduğunu bildirib.. Səbəbini isə belə izah edib: “Bunun səbəbi Makedoniyada vətəndaş cəmiyyəti anlayışının çox güclü olmasıdır. Bu vəziyyət FETÖ tərəfdarlarının aramıza sızmasına  və əhatəmizdə  rahat yaşamasına mane olmuşdur.”

 



Әlaqәli Xәbәrlәr