Mövlud Çavuşoğlunun telefon diplomatiyası davam edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon görüşlərində Türkiyə və bölgə üçün əhəmiyyət kəsb edən məsələləri həmkarları ilə müzakirə etdi

553335
Mövlud Çavuşoğlunun telefon diplomatiyası davam edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Amerika Birləşmiş Ştatları  dövlət katibi John Kerry arasında telefon danışığı oldu.
 
 Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə ilk növbədə, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin ekstradisiyası prosesindəki son vəziyyət müzakirə olunub.
 
 ABŞ vitse-prezidenti Joe Bidenin gələcək günlərdə Türkiyəyə edəcəyi səfər də telefon görüşündə toxunulan məsələ olub.
 
Çavuşoğlu və Kerry Münbiç və Hələbdəki hadisələr də daxil olmaqla, Suriyadakı son vəziyyəti qiymətləndiriliblər.
 
Türkiyə XİN başçısı Bolqarıstan xarici işlər naziri  Daniel Mitov ilə də telefonla danışıb.
 
 Telefon görüşündə ikitərəfli əlaqələr, nizamsız miqrasiyanın qarşısının alınması və miqrasiya sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.



Әlaqәli Xәbәrlәr