Mark Toner FETÖ başçısının ekstradisiyasına dair sualları cavablandırdı

Amerika Birləşmiş Ştatları  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin ölkədən qaçmasına mane olacaq bəzi mexanizmlər olduğunu bildirdi.

553330
Mark Toner FETÖ başçısının ekstradisiyasına dair sualları cavablandırdı

 
 ABŞ Dövlət Departementinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında Türkiyənin FETÖ başçısının ekstradisiya tələbinə dair sualları cavablandırdı.
 
 Toner Türkiyə rəsmilərindən aldıqları sənədlər üzərində işləməyə davam etdiklərini bildirdi.
 
 " Bu mərhələdə ekstradisiya prosesini başlamaq üçün Gülən həbs olunmadığına görə hələ də yetərli dəlillərin olmadığını deyirsiniz?" - sualına Toner ekstradisiya məsələsi ilə əlaqədar hələ bir qərar verilmədiyini bildirdi.
 
 FETÖ başçısı Gülənin ABŞ-dan qaçmasına mane olacaq bəzi mexanizmlər olduğu bildirən Toner bu mövzu ilə bağlı məlumat verməkdən çəkindi.
 
 "Adətən terror hücumu planlaşdırmaqda günahlandırılan şəxsi tutaraq, qaçmasının qarşısını alırsınız , doğru deyilmi"? - sualına Toner bu mövzu ilə bağlı danışılacaq  tərəfin Ədliyyə Nazirliyi olduğunu dedi.
 
 Dövlət Departementinin sözçüsü Fətullah Gülənin pasportunun ləğv edilib- edilməməsi və ona səfər etməyə icazə verilib-verilməməsi yönündəki suallara isə cavab vermədi.



Әlaqәli Xәbәrlәr