FETÖ/PDY-in çeviriliş cəhdi mütləq siyasi amillərə söykənir: N.Kurtulmuş

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş ölkənin özəl telekanallarından birinə müsahibə verdi.

553354
FETÖ/PDY-in çeviriliş cəhdi mütləq siyasi amillərə söykənir: N.Kurtulmuş

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş ölkənin özəl telekanallarından birinə müsahibəsində son hadisələri şərh edib. O, bildirib ki, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) çeviriliş cəhdi mütləq siyasi amillərə söykənir. Bunu Türkiyənin siyasi təcrübəsi təsdiqləyir.

15 iyul hadisələrinin tamamilə ötüb-ötmədiyi, hər hansı bir təhlükənin olub-olmaması ilə bağlı suala cavabında Numan Kurtulmuş deyib ki, bu, təhlükənin haradan törədilməsinə bağlıdır. Əgər söhbət hərb yolla çevirilişdən gedirsə, Türkiyə Silahlı Qüvvələrinin yenidən belə təşəbbüsü qeyri-mümkündür.

Baş nazirin müavini əlavə edib ki, sözügedən təşkilat məqsədinə çatmaq üçün 40 ildir ki, müxtəlif növ fəaliyyət göstərir və Türkiyə bütün bunlarla mübarizəsini davam etdirir.

FETÖ rəhbəri Fətullah Gülənin ABŞ-dan qaytarılması məsələsinə də toxunan Numan Kurtulmuş prosesin avqustun 7-də keçirilən “Demokratiya və Şəhidlər Mitinqi”ndən sonra daha da sürətləndiyini bildirib. Vurğulayıb ki, ABŞ rəhbərləri 240 nəfərin qətlinə səbəb olan əliqanlı terrorist başçısı ilə 79 milyonluq Türkiyə xalqı arasında seçim etmək məcburiyyətindədir.

7 Avqustun Türkiyə üçün yeni və şərəfli tarix olduğunu bildirən Numan Kurtulmuş vurğulayıb ki, heç kimin özünü hər bir təbəqədən iştirak edən və dünyanın ən böyük mitinqinin keçirildiyi o gün deyilənləri eşitməzliyə qoyması kimi bir şansı yoxdur.

Terror təşkilatları arasındakı əlaqəyə də toxunan Baş nazirin köməkçisi FETÖ, PKK və DAEŞ-in ortaq hədəflərinin Türkiyə olduğunu bildirib. Buna görə də hər üç terror təşkilatının bir sıra məsələlərə dair birgə qərar verdikləri aydındır.



Әlaqәli Xәbәrlәr