Türkiyǝdǝn Yunanıstana sǝrt reaksiya
Türkiyə, Yunanıstan prezidenti Pavlopulosun ‘Pont' iddialarına reaksiya verib.
553029
Xarici İşlər Nazirliyindən verilǝn açıqlamada, “Yunanıstan prezidenti Prokopis Pavlopulosun ‘Pontus’ iddiaları ilə əlaqədar Türkiyə üzr istǝmǝlidir’ sözlǝrinin qǝbul edilmǝz olduğu qeyd edilib.
XİN-nin yazılı bǝyanatında bildirilib ki, Pavlopulosun sözlǝri bir dövlət adamının sǝlahiyyǝt vǝ məsuliyyət hissinǝ zidd demaqoqluqdan ibarǝtdir. Onun sözlǝri tarixi və hüquqi baxımdan da mǝnasızdır.
Yunanıstandakı azlıqlara istiqamətli assimilyasiya və geyri adi tətbiqlərǝ dǝ toxunulan açıqlamada, belǝ şǝrhlǝrin dostluq və qonşuluq əlaqələrinǝ zidd olduğu da vurğulanıb.