M.Çavuşoğlu müxtәlif ölkәlәrin xarici işlәr nazirlәri ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin  Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok vә  Estoniya ilә Seneqal Xarici İşlәr nazirlәri ilә ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb.

552513
M.Çavuşoğlu müxtәlif ölkәlәrin xarici işlәr nazirlәri ilә telefon әlaqәsi saxlayıb

Diplomatik mənbələrdən verilən məlumata görə, görüşlәr qarşı tәrәfin tәlәbi ilә hәyata keçirilib.

 M.Çavuşoğlu ilә   Estoniya Xarici İşlәr naziri Marina Kaljurand görüşündә Türkiyə-Avropa Şurası və Türkiyə-Avropa İttifaqı  münasibətləri müzakirə olunarkən, Seneqal Xarici İşlər naziri Mankeur Ndiaye ilə ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb.

Mövlud Çavuşoğlu ilә   Avrupa Parlamentinin  Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok arasında baş tutan görüşdә isә Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi  çevriliş cәhdi  və sonra alınan tədbirlər müzakirә olunub.

 Çavuşoğlu görüş zamanı hәmçinin   bu prosesdə Avropa tərəfindən Türkiyəyə yönəldilən haqsız tənqidlərdən duyulan narahatlığı dilə gətirib.



Әlaqәli Xәbәrlәr