İ.Kahraman:‘‘Xalq seçilmiş hökumәtә vә demokratiyaya sahib çıxdı’’

Türkiyə Böyük Millət Məclisinin sǝdri   İsmayıl Kahraman  Avropa İttifaqının  demokratik dəyərlərə sahib çıxan Türkiyə ilə həmrəy  olmaq əvəzinə Türk  xalqını  yalnız  qoymağa  üstünlük verdiyini deyib.

552499

 Avropa İttifaqına üzv ölkǝlǝrin  sǝfirlǝri   Türkiyә  Böyük Millət Məclisinә baş çәkiblәr vә  binanın çevriliş cәhdi zamanı atılan bombalar nәticәsindә dağılmış hissәsinә baxış keçiriblǝr.

Daha sonra sǝfirlǝri  qəbul edən Türkiyə Böyük Millət Məclisinin sədri  Kahraman çevriliş gecəsi baş verənləri, elan edilən fövqəladə  vǝziyyǝt  və Fǝtullahçı Terror Təşkilatı haqqında məlumat verib.

 ( FETÖ/PDY)-nin   çevriliş  cəhdinə qarşı  xalqın seçilmiş hökumətə və demokratiyaya sahib çıxdığını ifadə edən Kahraman: ‘‘Bu  qanlı çevriliş təşəbbüsünün arxasında  (FETÖ/PDY)-nin   başçısı  Fǝtullah Gülənin  olduğundan heç bir şübhəmiz yoxdur. Türk   xalqı  Qurtuluş  Müharibǝsi  və Cümhuriyyətin  qurulduğu  dövrlərində olduğu kimi  ölkəsinin müstəqilliyinə və demokratiyasına sahib çıxdı’’  deyib.

Әlaqәli Xәbәrlәr