BinǝliYıldırım ilǝ Boyko Borisov arasında  telefon danışığı olub

Türkiyǝnin  Baş naziri  Binǝli  Yıldırım ilǝ  Bolqarıstanın  Baş naziri Boyko Borisov arasında  telefon danışığı olub.

550933
BinǝliYıldırım ilǝ Boyko Borisov arasında  telefon danışığı olub

Baş nazir  xain çevriliş cǝhdindǝn sonra  Bolqarıstan hökumǝtinin  verdiyi dǝstǝyǝ görǝ tǝşǝkkür edib. Görüş zamanı nizamsız miqrasiya ilǝ bağlı  ikitǝrǝfli  çalışmanın başladılması ilǝ ǝlaqǝdar qǝrar alınıb.

Baş nazir görüş zamanı  Fǝtullahşı Terror Tǝşkilatı  Paralel Dövǝlt İdarǝçiliyinin  (FETÖ/PDY) iyulun 15-dǝ hǝyata keçirdiyi çevriliş cǝhdindǝn sonra  Bolqarıstan hökumǝtinin verdiyi dǝstǝyi tǝqdir etdiklǝrini  bildirib.

Bolqarıstandan Türkiyəyə ekstradisiya edilən (FETÖ/PDY) mǝnsublarının  hüquqi dövlət prinsipi çərçivəsində ədalətli şəkildə mühakimə olunacaqlarını bildirən Binǝli  Yıldırım  iki ölkə arasında reallaşan ekstradisiya prosesinin digər dost və müttəfiq ölkələrə nümunə olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr