İsveçrədən Türkiyəyə dəstək

İsveçrə Türkiyə hökümətinin çevrilişçilərə qarşı münasibətinin doğru, Türkiyəyə qarşı “hədələyici” və “aqressiv” açıqlamaların isə yalnış olduğunu bildirdi.

550031
İsveçrədən Türkiyəyə dəstək

İsveçrə Xarici İşlər Nazirinin müşaviri Yves Rossier İsveçrənin Tages Anzeiger və Der Bund qəzetlərinə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 İyuldakı çevriliş cəhdi və Türkiyə Hökümətinin çevrilişçilərə qarşı münasibəti və aldığı tədbirlərlə bağlı açıqlamalar verdi.

Hökümətin çevrilişdən sonra aldığı qabaqlayıcı tədbirlərin narahatverici olub – olmadığı mövzusunda isə Rossier; “Ərdoğan ölkəsini təmizləməyə çalışır və qeyri-ciddi hesab olunmamalıdır. Hüquqi dövlət quruluşunun tərk edilməsi fəlakət olardı. İqtidar partiyası Ədalət və İnkişaf partiyası və müxalifət partiyaları çevrilişə qarşı birləşdilər və çevrilişə verdikləri cavab təbiidir. Çevriliş fəlakətdir. İsveçrədə ordunun parlamentinə hücum etdiyini düşünün, eyni reaksiya verilərdi və həbslər olardı” sözlərini ifadə etdi.

Türkiyə xalqının 15 İyul gecəsi qorxmadan küçələrə çıxdığına və çevrilişin bu səbəbdən uğursuz olduğunu bildirən Rossier, İsveçrənin çevrilişə qarşı Türkiyənin yanında olduğunu və Türkiyə ilə danışıqların davam etməli olduğunun vacibliyini vurğuladı.

Rossier: “Türkiyə əsasən də, Ədalət və İnkişaf partiyası və Ərdoğan dövründə son illərdə böyük irəliləyişlər əldə edib” dedi.



Әlaqәli Xәbәrlәr