“27 gündür davam edən “demokratiya keşiyi”nə fasilə verdik, lakin könüllər işini davam etdirəcək”

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan demokratiya keşiyinin  sadəcə müəyyən saatlarda, müəyyən yerlərdə olmadığını vurğulayıb.

549499
“27 gündür davam edən “demokratiya keşiyi”nə fasilə verdik, lakin könüllər işini davam etdirəcək”

Bunu Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan demokratiya keşiyi üçün Cümhurbaşqanlığı iqamətgahının qarşısında bir araya gələn vətəndaşlara müraciəti zamanı deyib.

Demokratiya keşiyinin  sadəcə müəyyən saatlarda, müəyyən yerlərdə olmadığını vurğulayan Dövlət başçısı deyib ki, demokratiyamıza, azadlığımıza, dövlətimizə, gələcəyimizə günün hər saatı, ilin 365 günü evlərimizdə, iş yerlərimizdə, hər yerdə sahib çıxacağıq. Təhdidin, tələnin, xəyanətkarlığın, təxribatçılığın hardan,nə vaxt və kimdən gələcəyi bəlli olmur. Xəyanəti FETÖ törədir, PKK təhvil alaraq davam etdirir, sonra işi DAEŞ təhvil alır.

Dövlət başçısı Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qaytarılması məsələsinə toxunaraq deyib ki, gec-tez ABŞ- seçim edəcək. Bu seçim ya Türkiyə, ya da çevrilişə təşəbbüs edən terrorçu FETÖ olacaq. Bu seçimi etmək məcburiyyətindədir.

Haqsızlıqları, hüquqsuzluqları, böhtanları və ikiüzlü rəftarları ilə illərdir mübarizə apardıqları bu xain təşkilatın əlini qana da buladığını vurğulayan Ərdoğan bildirib ki, Türkiyə torpaqları üzərində heç kesin hər hansı hesabı olmamalıdır. Türk milləti hər xətanı bağışlayar, lakin xəyanəti əsla.  

PKK terror təşkilatı ilə mübarizəyə də toxunan Dövlət başçısı Türkiyə torpaqlarında münaqişə yaradanlara cavab veriləvəyini vurğulayıb.

“Demokratiya keşiyindəki coşğu və ciddi mövqeyi ilə ölkəsinə və millətinə sədaqətini beynəlxalq aləmə elan edən vətəndaşlarıma təşəkkür edirəm.” deyən Ərdoğan Allahdan Vətən və türk millətinin əbədiyyətədək qorumasını diləyib. Artıq demokratiya keşiyinə fasilə veririk. Amma ruh dünyamız, könül dünyamız bu işi davam etdirəcək.



Әlaqәli Xәbәrlәr