Ərdoğan "TASS" informasiya agentliyinə və dövlət televiziyası "Rossiya 24"ə ortaq müsahibə verdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan: "Suriyaya sülhü gətirmək məsələsində ən əhəmiyyətli aktyor birinci dərəcədə Rusiyadır. Hesab edirəm ki, burada Rusiya və Türkiyə birlikdə addım atmaqla bu işi həll etməlidir" dedi.

547884
Ərdoğan "TASS" informasiya agentliyinə  və dövlət televiziyası "Rossiya 24"ə ortaq müsahibə verdi

  Prezident Ərdoğan Sankt-peterburqda Rusiya prezidenti Vladimir Putin ilə keçirəcəyi görüşdən əvvəl  Rusiyanın "TASS" informasiya agentliyinə  və dövlət televiziyası "Rossiya 24"ə ortaq müsahibə verdi.

  Prezident Ərdoğan Putin ilə görüşdə gündəmə gələcək məsələlər və Türkiyə tərəfinin gözləntiləri ilə bağlı suala belə cavab verdi:

  "Təbii ki, təyyarənin vurulmasından 8 ay keçdi. Həqiqətdir ki, 8 aylıq müddət ərzində bir sıra münasibətlərimiz davam etdi. Lakin bilirsiniz ki, bizim Rusiya-Türkiyə münasibətlərində,  iqtisadi sahədə 100 milyard dollarlıq bir hədəfimiz vardı. Əlbəttə ki, bu məsələ axsadı. Bu arada, Akkuyu Layihəsi kimi bəzi iri layihələrimiz də axsadı,  İndi əlbəttə, bunları yenidən ələ almaq imkanımız olacağına və  Rusiya-Türkiyə münasibətlərində yeni bir səhifənin açılacağına inanıram. Bu yeni səhifənin içərisində istər siyasi, istər hərbi, istər iqtisadi, istər ticari, istərsə də mədəniyyət sahəsində  və regionun iki mühüm aktyor kimi  görəcəyimiz çox işin olduğuna inanıram və bu inamla da Rusiyaya səfərimizi həyata keçirəcəyik. Bu məsələdə heç bir tərəddüdüm yoxdur. Cənab Putinin də hazırlıqlarını buna görə etdiyini, mən də hazırlıqlarımı buna görə etdiyimi televiziyanız vasitəsilə ifadə etmək istəyirəm. Bu səfəri iki ölkə arasında  yeni bir başlanğıc olaraq, yeni bir səhifənin açılması kimi dəyərləndirirəm. İndidən hörmətli cənab Putinə və  bütün rus xalqına özümün və Türk xalqının adından salamlarımı göndərirəm".

Ərdoğan Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) 15 iyun dövlət çevrilişi təşəbbüsü və sonrakı prosesi dəyərləndirdi və bunları qeyd etdi:

  " Təbii ki, xalqına və dövlətinə qarşı belə bir dövlət çevrilişinə cəhd göstərənlərə qarşı bir dəfə onların hesaba ala bilmədikləri bir şey vardı. İlk növbədə, Silahlı Qüvvələrdə, polis işçilərimizin arasında, məhkəmədə onlara qarşı olan vətənpərvər və millətini sevən əsgərimiz də var. Polisimiz, məhkəmədəki hakimlərimiz, prokurorlarımız da var, amma hamısının arxasında millət var. Onlar belə bir millətin olduğunu düşünə bilmədilər. Yəni lazım olanda tankların qabağına uzana biləcək bir millətin olduğunu hesaba almadılar. Təyyarələrdən atılan bombalardan qorxmayacaq, helikopterlərin hücumları qarşısında dimdik  duracaq bir millətin ola biləcəyini düşünmədilər. Bizim hazırda 240 şəhidimiz  və 2 min 200-əyaxın yaralımız var. Yaralıların müalicəsi davam edir. Onların hamısında vətən sevgisi var, demokratiya var, o biri tərəfdən  də şəhidlik var, bununla bərabər, oraya getdilər. Gənclər, qadınlar, yaşlılar heç qorxmadılar.. 15 yaşında, 16 yaşında gənclər burada şəhid oldular".

FETÖ/PDY-nin 15 iyul dövlət çevrilişi cəhdindən 2 gün sonra Rusiya prezidenti Putinin ona zəng edərək dəstək verdiyini xatırladan Ərdoğan:

  " Hadisənin ikinci günü, sağ olsun, Cənab Vladimir Putin mənimlə telefon əlaqəsi qurdu və dövlət çevrilişinə  qarşı olduğunu, bu məsələdə bizim yanımızda olduqlarını bizə dərhal bildirdi. Belə bir mövqe sərgilədiyi üçün mən öz millətim adından təşəkkür edirəm. Həqiqətən dünyada bütün siyasi liderlərin xəyanət edənlərə, dövlətinə qarşı çevriliş edən, xalqına qarşı dövlət çevrilişi hazırlayanlara qarşı etiraz etmələri lazım idi. Cənab Putin bunu dərhal etdi, buna görə ona təşəkkür edirəm" ifadələrini işlətdi.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr