Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı qarşısında şərt qoydu

“Azad viza rejimi tətbiq edilməyəcəyi təqdirdə miqrant razılaşması qüvvədən düşəcək!”

547451
Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı qarşısında şərt qoydu

Fransanın yüksək tirajlı qəzetlərindən olan “Le-Monde”yə müsahibə verən türkiyə dövlət başçısı vurğulayıb ki, Türkiyə vətəndaşlarına azad viza verilməyəcəyi təqdirdə Avropa İttifaqı ilə mart ayında miqrantlara dair razılaşma müqaviləsi qüvvədən düşmüş hesab olunacaq.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Qərb Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çeviriliş cəhdindən sonra Türkiyəni tək qoyub.

“Aİ Türkiyəyə səmimi davranmır” deyən dövlət başçısı bidirib ki, Türkiyə vətəndaşlarına azad vizanın iyunun 1-dən etibarən verilməsinə başlanılmalı idi. Lakin verilən söz yerinə yetirilməyib.



Әlaqәli Xәbәrlәr