“Demokratiya və Şəhidlər Mitinqi” dünya mediasında

Milyonlarla insanın iştirak etdiyi İstanbul Yenikapıda keçirilən “Demokratiya və Şəhidlər Mitinqi” dünya mətbuatında geniş əks olunub.

547125
“Demokratiya və Şəhidlər Mitinqi” dünya mediasında

Milyonlarla insanın iştirak etdiyi İstanbul Yenikapıda keçirilən “Demokratiya və Şəhidlər Mitinqi” dünya mətbuatında geniş əks olunub.

İngilis yayım quruluşu BBC İstanbulun Yenikapı meydanında keçirilən mitinqi oxuçularına “Türkiyədə çevriliş əleyhinə nəhəng nümayiş” başlığı ilə çatdırıb.

BBC Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Məclisdə qəbul ediləcəyi təqdirdə edam cəzasını təsdiqləyərəm” sözlərini ön plana çıxarıb.

Reuters “Yüz minlərlə türk uğursuz çevriliş cəhdini lənətləmək üçün toplaşır” başlığı ilə mitinqi işıqlandırıb.

Agentliyin xəbərində bir vətənaşın, “Buradayıq çünki bayraqlar enməyəcək, azanlarımız susmayacaq, ölkəmiz bölünməyəcək.” ifadələrini çatdırıb.

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul gecəsi çevrilişə cəhdindən sonra Türkiyə əleyhinə bəzi xəbərlər çatdıran İtaliya mətbuatı da “Demokratiya və Şəhidlər Mitinqi”nə böyük maraq göstərib.

Mitinq xəbərini Corriere della Sera “İnsan seli” başlığı ilə çatdırıb.

La Repubblica “İstanbulda Ərdoğan ilə birlikdə insan seli”, Le Figaro “İstanbuldakı izdihamlı mitinq başladı” başlıqları altında işıqlandırıblar.

Xəbərdə milyonlarla insanın çevriliş cəhdinə qarşı bir araya gələrək reaksiyalarını dilə gətirdiyi vurğulanıb.

France 24 xəbər kanalı da “Yüzminlərlə Türk Ərdoğanı dəstəkləmək üçün İstanbulda” başlığı ilə çatdırdığı xəbərdə Türk xalqının Dövlət başçısı Ərdoğanın birlik çağırışı ilə çevriliş cəhdinə reaksiya göstərmək üçün bir araya gəldiyini qeyd edib.

Xəbərdə mitinqə Ərdoğan tərəfdarları ilə yanaşı müxalifət partiyalarının da kütlələr halında qatıldığı vurğulanıb.

Kanada mediası da Yenikapıdakı “Demokratiya və Şəhidlər Mitinqi”nə canlı bağlantılar edərək xəbəri çatdırıb.

Digər tərəfdən Almaniya Belçika, Avstriya mediası ilə yanaşı İsveçrədən Balkanlara, Şimali Kıbrıs Türk Cümhuriyyətindən Livana müxtəlif ölkələrdəki media quruluşları Türkiyədəki Demokratiya mitinqini yaxından izləyib.



Әlaqәli Xәbәrlәr