Amerikalı jurnalist Snell Lindsteyler həbs edilib

Türkiyənin Hatay vilayətinin Altınözü qəsəbəsində Suriyadan qeyri-qanuni yollardan Türkiyəyə daxil olmağa cəhd göstərən amerikalı jurnalist Snell Lindsteyler həbs edilib.

547165

Hayat vilayətinin valisi Ərcan Topaca iki gün əvvəl sərhədə yaxınlaşan ABŞ-na məxsus helikopterlərin amerikalı jurnalisti götürmək üçün gəldiyini söyləyib.  

Vali Topaca deyib ki, amerikalı bir jurnalist sərhəddən keçmək istəyərkən yaxalandı, məhkəməyə çıxarıldı və həbs edildi. Mühakimə prosesi davam edir, casus olub olmadığını hələ də bilmirik. Sərhədə gələn helikopterlər jurnalisti götürmək üçün gəlmişdi. Helikopter “sərhədin qarşısında” deyə axtarırdı, yəni Türkiyəyə daxil olacaq” deyə gözləyirdi. Təbii onların gözlədiyi zaman gəlib çatmadı. Ertəsi gün gəldi, biz yaxaladıq, məhkəməyə çıxarıldı və həbs edildi. Suriyadan Türkiyəyə keçərkən Altınözü sərhəd məntəqəsində yaxalandı. Jurnalistin adı Snell Lindsteylerdir. Amerikalıdır və Türkiyədə müvəqqəti yaşadığına dair sənədi var.

Vali Ərcan Topaca amerikalı qadın jurnalistin Türkiyədən qeyri-qanuni yollarla Suriyaya, ordan da eyni şəkildə Türkiyəyə keçdiyinə görə yaxalandığını  söyləyib.

Әlaqәli Xәbәrlәr