Ərdoğan-Putin görüşündən gözlənilənlər

İki ölkə arasındakı iqtisadi əlaqələrin yenidən canlandırılması gözlənilir.

546645
Ərdoğan-Putin görüşündən gözlənilənlər

Türkiyə və Rusiya arasında başlayan normallaşma prosesi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinin 9 avqust, çərşənbə axşamı günü Sankt Peterburqda keçirəcəkləri görüş ilə iki ölkə arasındakı iqtisadi əlaqələrin yenidən canlandırılması gözlənilir.

Rusiyaya ixrac məsələsində əhəmiyyətli yer tutan sektorların nümayəndələri iki ölkə arasında əlaqələrin normallaşması ilə dəri və dəri məmulatları, meyvə və tərəvəz, kimyəvi maddələr və ondan hazırlanan məmulatlar, maşınqayırma avadanlıqları, tekstil və xam maddələri, hazır geyim, avtomobil sənayesi, elektron və xidmət sahələrindəki ixracın  sürətlə artacağını gözləyirlər.

Türkiyə-Rusiya İş Şurasınən sədri Tuncay Özilhan Ərdoğan və Putinin görüşünün  ikitərəfli əlaqələr üçün çox yaxşı bir başlanğıc olacağını ifadə edərək:"Keçmişi unuduruq, gələcəyə baxırıq və iki ölkənin birlikdə bir çox mövzuda iş birliyi edə biləcəyinə, qarşılıqlı iqtisadi dəyərlər yarada biləcəyinə inanıram. İki ölkə arasında 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün çox əhəmiyyətli qərarların alına biləcəyi bir toplantı olacaq" dedi.



Әlaqәli Xәbәrlәr