Rəcəb Tayyib Ərdoğan "Al Jazeera" televiziya kanalına müsahibə verdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçilinin (FETÖ/PDY) məqsədinin yalnız Türkiyədə hakimiyyət qurmaq olmadığını, Afrika ölkələri barədə də planlarının olduğunu söylədi.

546433
Rəcəb Tayyib Ərdoğan "Al Jazeera" televiziya kanalına müsahibə verdi

  Ərdoğan Qətərin "Al Jazeera" televiziya kanalına verdiyi müsahibədə  FETÖ-nün çevriliş təşəbbüsü ilə bağlı sualları cavablandırdı.
  Türkiyədə dövlət çevrilişi cəhdinin FETÖ tərəfindən həyata keçirildiyini bildirən Ərdoğan: "FETÖ-nün məqsədi yalnız Türkiyədə hakimiyyət qurmaq deyil. O, Afrika ölkələrinə də müdaxilə etməyə çalışır" dedi.
  Ərdoğan bu qrupun dini camaat olmadığını, ölkəni və iqtisadiyyatı nəzarət altına almağa çalışan terror təşkilatı olduğunu vurğuladı və: "Zalıma qarşı zəiflik göstərmək məzluma edilmiş bir xəyanətdir. Çevrilişçilərə qarşı zəiflik göstərməyəcəyik. Onlar satqındırlar. Onlara mərhəmət etməyəcəyik" deyə danışdı.
  Təşkilatın sadəcə özünə aid maraqları olduğunu, bu maraqların qarşısını alacaqlarını diqqətə çəkən Ərdoğan: "Bunların dövlət qurumlarında olmalarına imkan verməyəcəyik". ifadələrini işlətdi.
  "Pensilvaniyadakı şəxsin verdiyi əmrlə vətəndaşlar bombalandı" deyən Türkiyə prezidenti: "Ona tabe olan bütün zalımlar bunun əvəzini ödəyəcəklər. Bunlar xalqa hakim olmaq üçün dini istismar edirlər. Ölümdən qorxmuruq. Biz müsəlmanıq və bizə görə ölüm bir qismətdir. Zamanımız gələndə bu, nə bir saat qabağa alınır, nə də geriyə. Tankın altına yatan gəncə baxın" şəklində danışdı.
  Araşdırmaların davam etdiyini, lakin bunun uzunmüddətli bir proses olacağını qeyd edən Ərdoğan: "Onların köklərini qazacağıq. Dövləti sıfırdan quracağıq. Təhlükəsizlik qüvvələrimizi təmizləyəcəyik. Bu istiqamətdəki işləri dəstəkləyirik" dedi.
  Ərdoğan15 iyuldakı çevriliş cəhdindən sonra özünün ölkəni istədiyi kimi idarəetmə qüdrətinə malik olduğu ilə əlaqədar iddialarla bağlı suala: "Bunları əsla qəbul etmirəm. Mən Türk xalqının mənə vermədiyi  səlahiyyətdən istifadə etmərəm. Despot və diktator deyiləm. Əgər xalq prezident sisteminə keçmək istiqamətində bir qərar alarsa, o vaxt mənə verilən səlahiyyətlərdən istifadə edirəm. Mən konstitusiyanın mənə verməmiş olduğu bir səlahiyyəti heç vaxt istifadə etmə haqqına sahib deyiləm. Bu, Tayyib Ərdoğanın xarakteridir. Bütün dünyanın bunu belə bilməsini istəyirəm" şəklində cavab verdi.

Qərbin dövlət çevrilişi cəhdi qarşısında tutduğu mövqeyini tənqid edən Ərdoğan:"Qərb bizə çevrilişə qarşı olduğunu göstərmədi. Sükutları bağışlanılmazdır. Bizə yalnız "keçmiş olsun" dedilər. Sonra qəribə söhbətlər etdilər. Bizə " bir sıra insanı işdən çıxarırsınız, əsgərləri və hakimləri həbs edirsiniz" dedilər. Sizin Türkiyədə nə baş verdiyini anlamadan bizi və ölkədəki sistemi tənqid etməyə haqqınız yoxdur. Bu şəxslər dürüst deyillər. ABŞ-nın Baş Qərargah rəisi (Joseph Dunford) gəldi. Məclis binamızı göstərdik. Bu binanın bombalanması çox şeydən xəbər verir. Kim bombaladı onu? FETÖ üzvləri" dedi.
 Qərbin Türkiyəni tənqid etməyə haqqı olmadığını vurgulayan Ərdoğan: "Londonun amnistiya təşkilatı bizi tənqid edir: "Nə üçün bunu edirsiniz, niyə bunu mühakimə edirsiniz" deyir. Mən: "həddinizi bilin" deyirəm. Ədalətli olun, dözümlü olun. Xalq tərəfindən seçilmiş bir hökumətə qarşı çevriliş cəhdi  bağışlanmaz. Bu çevrilişə qarşı səssiz qalanlar, totalitar sistemi demokratiyadan üstün tutanlardır. Bu planları pozan xalqımı alnından öpürəm". dedi.
 Vaşinqton rəhbərliyinin ekstradisiya barədə sənəd istədiyinə toxunan Ərdoğan  Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisinin Türkiyə Böyük Millət Məclisində olduğu zaman yanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Axarın da olduğunu xatırlatdı. Erdoğan: "ABŞ Baş Qərargah rəisi bizə gələndə soruşdu ki:"Əlinizdə bu şəxsin Məclisi bombalayan adam olduğunu sübut edən bir sənəd var mı?"  Bizim Baş Qərargah rəisimiz da "Sübut mənəm" dedi" ifadəsini işlətdi.
 Rusiya Prezidenti Vladimir Putinin dövlət çevrilişi cəhdinin  ertəsi günü zəng edərək şəhidlərlə əlaqədar başsağlığı verdiyini və Rusiyanın dəstəyini ifadə etdiyini bildirən Ərdoğan çərşənbə axşamı günü iş adamlarından ibarət heyətlə Rusiyaya gedəcəyini bildirdi.
 Avropa İttifaqı ilə Türkiyə arasında qaçqınlar barədə razılaşmaya  toxunan Ərdoğan Aİ-nin verdiyi sözlərə əməl etmədiyini xatırlatdı və: "Qaçqınların ekstradisiyasını nəzərdə tutan razılaşmanın qüvvəyə minməsi lazımdır. Aİ Türkiyədən vəzifələrini yerinə yetirməsini tələb etməsi üçün əvvəlcə öz üzərinə düşəni etməlidir. Aİ bu ana qədər bu məsələdə bir addım belə atmayıb. Ölkəmizdə hazırda 3 milyon suriyalı və iraqlı var, bunların hamısı qaçqındır. Aİ-nin belə bir problemi yoxdur" deyə danışdı.



Әlaqәli Xәbәrlәr