Binəli Yıldırım Yavuz Sultan Səlim Körpüsündə gedən işlərlə maraqlandı

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə iqtisadiyyatının ayaqları üstə möhkəm durduğunu dedi.

546615
Binəli Yıldırım Yavuz Sultan Səlim Körpüsündə gedən işlərlə maraqlandı

 Türkiyənin baş naziri  26 avqustda açılacaq Asiya və Avropanı bir-birinə bağlayan üçüncü boğaz körpüsünə- İtanbuldakı Yavuz Sultan Səlim Körpüsünə gələrək görülən işlərlə maraqlandı.
 
 Üçüncü boğaz köprüsünün inşası bitdiyində 59 metr eni ilə dünyanın ən geniş, 320 metrdən çox qüllə hündürlüyü ilə əyri asqılı körpü sinfində dünyanın ən hündür qülləsinə malik asma körpüsü və 1408 metrlik ana açıqlığı ilə üzərində reysli sistem olan ən uzun asma körpüsü olacaq.
 
 Körpüdə gedən işlərlə maraqlanan baş nazir Binəli Yıldırım Fətullahçı Terror Təşkilatının (FETÖ) cinayətlərinə şərik olanların  məlum olduqlarını bildirdi.
 
Yıldırım: "Bunların sayı da çox deyil. Bu səbəbdən işini namusla görən, bu qarışıq işlərə qoşulmayan iş adamlarımız, əsnafımız narahat  olmasınlar. Bizim hədəfimiz canımızı yandıran, 239 şəhid verdiyimiz, 2 min 196 qazimizin olduğu bu xain çevrilişi bu ölkədə həyata keçirməyə çalışan FETÖ üzvlərdir" dedi.
 
 "Əlimizdə siyahı var. Bu terror təşkilatının maliyyə qolunu təşkil edən biznes aləmindəki nümayəndələri bəllidir" deyən baş bazir:  "Biz nəyi necə edəcəyimizi çox yaxşı bilirik" şəklində danışdı.
 
Yıldırım Yavuz Sultan Səlim Körpüsündən sonra Çəngəlköyə gedərək, orada şəhid ailələri ilə görüşdü. 
 Baş nazir daha sonra Çəngəlköy Polis Mərkəzinə getdi
 
 Qəsəbə rəsmilərindən və Polis Mərkəzi müdirindən 15 iyul gecəsində baş verənlərə dair məlumat alan Yıldırım burada toplaşan vətəndaşlarla görüşdü.



Әlaqәli Xәbәrlәr