NASA İstanbulun kosmosdan çəkilən fotolarını yayıb

Amerikan Birləşmiş Ştatlarının NASA kosmik agentliyi İstanbul görüntülərini hazırda 14.4 milyon izləyicisi olan rəsmi instaqram hesabında paylaşıb.

545530
NASA İstanbulun kosmosdan çəkilən fotolarını yayıb

Amerikan Birləşmiş Ştatlarının NASA kosmik agentliyi İstanbul görüntülərini hazırda 14.4 milyon izləyicisi olan rəsmi instaqram hesabında paylaşıb.  

İndiyədək video görüntülərə 1 milyondan çox baxış olub.

Amerikalı kosmonavt Cef Villiams videonu twitter hesabında paylaşaraq; “Boğazda səyahət. Avropa və Asiya arasında kontinental sərhəd” sözlərini yazıb.

Görüntülərdə İstanbuldakı üç körpü aydın təsvir olunur. Bundan başqa Vodafone Arena və Türk Telekom Arena Stadiyonlarını seçmək mümkündür. Bu isə "Beşiktaş" və "Qalatasaray" tərəfdarlarının sevinc və marağına səbəb olub.



Әlaqәli Xәbәrlәr