CHP lideri Kılıçdaroğlu Yenikapı mitinqinǝ qatılacağını açıqlayıb

Cümhuriyyǝt Xalq Partiyası (CHP)-nin lideri  Kamal Kılıçdaroğlu, 7 İyunda İstanbul  Yenikapıda   tǝşkil edilǝcǝk “Demokratiya və Şəhidlər Mitinqinǝ” iştirak  edǝcǝyini   açıqlayıb.

545788
CHP lideri Kılıçdaroğlu Yenikapı mitinqinǝ qatılacağını açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğanın mitinq dəvətini  tǝhlil  etmǝk üçün tǝşkil edilǝn  CHP rəhbərliyinin fövqəladə yığıncağından  sonra,  partiyanın  nümayǝndǝsi Selin Sayek  Böke  verdiyi   açıqlamada   Kılıçdaroğlunun   mitinqǝ qatılacağına  dair  qǝrara  gǝldiklǝrini, bunu Baş nazir Binali Yıldırıma   zǝng  edǝrǝk  bildirǝcǝklǝrini qeyd  edib.     

Bazar  günü  Yenikapıda  tǝşkil edilǝcǝk  Demokratiya   mitinqindǝ  çıxış edǝcǝk olan  CHP  lideri  Kılıçdaroğlu, daha əvvəl  verdiyi   açıqlamada mitinqdǝ özünün iştirak etməyǝcǝyini, ancaq partiyasının   idarǝ  heyǝtinin   qatıla bilǝcǝyini bildirmişdi.  Lakin prezident Ərdoğanın  Kılıçdaroğlunun da  mitinqǝ   qatılmasına  dair  çağırışına   görǝ    Baş  nazir  Yıldırım,  CHP  liderinǝ  zǝng  edǝrǝk  dǝvǝtini  tekrar  etmişdi. 

Milliyyətçi Hərəkət Partiyası (MHP)  lideri  Dövlət Bahçeli isə mitinqə qatılacağını bildirmişdi.

Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (FETÖ/ PDY)-nin 15 iyul  çevriliş  cǝhdindǝn  sonra   başlayan  vǝ    günlǝrdǝn  bǝridir  davam  edǝn  demokratiya mitinqlǝri 7 Avqust Bazar günü İstanbul Yenikapıda   tǝşkil edilǝcǝk   "Demokratiya və Şəhidlər Mitinqi”  ilǝ  taclanacaq.

Mitinqə sənətçilər, aktyor, aktrisalar, internet fenomenləri, radyocular, İdmançılar  vǝ sunucular  kimi   mǝşhur simalardan ibarǝt 500 nəfərlik  heyət  dǝ  qatılacaq.    Mitinq  sǝbǝbiylǝ bazar günü  bütün  kütlǝvi nǝqliyyat pulsuz xidmət  çatdıracaq.



Әlaqәli Xәbәrlәr