Beynəlxalq ictimayyətin çeviriliş cəhdinə etirazı davam edir

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çeviriliş cəhdinə dünyadan kəskin reaksiyalar gəlməkdə davam edir.

545636
Beynəlxalq ictimayyətin çeviriliş cəhdinə etirazı davam edir
darbe girişimine  dünya yerel yönetimlerinden tepkiler.jpg
darbe girişimine  dünya yerel yönetimlerinden tepkiler1.jpg

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çeviriliş cəhdinə dünyadan kəskin reaksiyalar gəlməkdə davam edir.

İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş müxtəlif ölkələrdən həmkarlarının göndərdiyi məktublarda Türkiyəyə həmrəylik ifadələrinin yer aldığını bildirib.

Birləşmiş Şəhərlər və Yerli Rəhbərliklərin (UCLG) baş katibi Cozef Roinq məktubunda özü və dünyanın dörd bir tərəfində fəaliyyət göstərən üzvlərinin 15 iyul tarixli müvəffəqiyyətsiz çeviriliş zamanı şəhid olanlara görə dərin kədər duyduqlarını bildirib.

Paytaxt Tunis Bələdiyyə sədri, Cənubi Afrikanın Cape Town Bələdiyyə sədri, Liberiya paytaxtı Monrovia Bələdiyyə sədri də məktublarında Türkiyə ilə həmrəy olduqlarını dilə gətirib, çevirilişə cəhd zamanı həyatını itirənlərə rəhmət diləyiblər.



Әlaqәli Xәbәrlәr