Berat Albayrak Rövnaq Abdullayev ilә görüşüb

Enerji və Təbii Sәrvәtlәr  naziri Berat Albayrak Ankarada olan  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti  Rövnəq Abdullayevi  qəbul edib.

545890
Berat Albayrak Rövnaq Abdullayev ilә görüşüb

Görüş zamanı  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin (FETÖ/PDY)  iyulun 15-dә  hәyata keçirdiyi çevriliş cәhdi  vә  (FETÖ/PDY) ilә  mübarizә mәsәlәlәri  müzakirә edilib.

 Çevriliş cәhdi ilә bağlı istintaq çәrçivәsindә   Neft-kimya Sənayesinin  Baş İdarəsinә  (PETKİM)  istiqamәtli  əməliyyatları qiymәtlәndirәn  Enerji və Təbii Sәrvәtlәr  naziri  Berat Albayrak  (FETÖ/PDY)-in   özəl sektora da sızdığını  qeyd edib.

 Berat  Albayrak: ‘‘Birbaşa  millәti hәdәfә alan  bu terror tәşkilatına qarşı  bütün dövlәt  qurumlarında olduğu kimi  özәl sektorda da lazımi addımlar atılır, tәdbirlәr görülür’’ deyә bildirib.

  (PETKİM)-in  Әliağadakı korpusunda aparılan  tәdqiqatların  birbaşa  SOKAR ilə bir əlaqəsinin olmadığını  deyən Albayrak,  şirkət rəsmilərinin  təhlükəsizlik qüvvәlәri  ilə əməkdaşlıq etdiyini vurğulayıb.

 Berat  Albayark  TANAP kimi ortaq strateji layihələrin Türkiyənin digər layihələri kimi, müvəffəqiyyətsizliyə uğramadan  nəzərdə tutulan vaxt və büdcə çәrçivәsindә  davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr