Türkiyədə demokratiya növbəsi ötən gün də davam edib

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda çeviriliş cəhdinə etiraz olaraq minlərlə insan ötən axşam da ölkənin 81 şəhərində meydanları boş qoymayıb.

544512

İstanbulda Taksim Meydanı, Kısıklıda Prezident İqamətgahının önü, Saraçhanədə, Bağçılar Meydanında, Ankarada Kızılay Meydanı, Zonguldağda şəhər mərkəzi, Kırıkkaledə Cümhuriyyət Meydanını Türkiyə bayraqları bəzəyib. Minlərlə insan FETÖ-ya etirazını bildirərək dövlət başçısı Rəcəb Tayyib Ərdoğana sevgi və dəstəklərini nümayiş etdirib. 15 iyul çeviriliş cəhdi təqsirkarlarının, eləcə də Fətullah Gülənin edamını istəyənlər bundan sonra da xalqın demokratiyasına sahib çıxacağı şüarlarını səsləndiriblər.

Әlaqәli Xәbәrlәr