Ərdoğan Azərbaycanlıları mitinqə çağırır

Türkiyə dövlət başçısı: “Onlar bizim öz ailəmizdəndir”.

545154
Ərdoğan Azərbaycanlıları mitinqə çağırır

  Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra həftələrdir davam edən demokratiya mitinqləri avqustun 7-də başa çatacaq. Yekun mitinqin daha da möhtəşəm olacağı gözlənilir.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mitinqə gələcək insanlardan önəmli xahiş də edib:

  "Yedikapı meydanında keçiriləcək mitinq hər hansı partiyanın mitinqi olmayacaq. Bu, Türkiyədəki birliyin, qardaşlığın, çevriliş qarşısında bütün xalqın bərabər olduğunun nümayişi olacaq. Xahiş edirəm, meydana gələn vətəndaşlarım ancaq Türkiyə bayraqları ilə gəlsinlər, hər hansı siyasi partiyanın bayraqları ilə yox. Mən həmçinin mitinqə Azərbaycan və Kuzey Kıprıs Türk Cümhuriyyəti bayraqları ilə gələnləri də görmək istəyirəm. Bu iki ölkə bayraqları da mitinqdə dalğalansın. Onlar bizim öz ailəmizdəndir".



Әlaqәli Xәbәrlәr