Prezident Ərdoğan Feto tǝrǝfdarlarının  tǝhdidinǝ sǝrt cavab  verib

Prezident Rəcəb Tayyib Ərdoğan, Fetullahçi Terror Təşkilatı (feto) tərəfdaşlarının sosial media vasitǝsiylǝ “14 Avqustu gözləyin” deyǝrǝk etdiklǝri təhdidǝ sǝrt cavab verib.

544999
Prezident Ərdoğan Feto tǝrǝfdarlarının  tǝhdidinǝ sǝrt cavab  verib

Dövlǝt başçısı, Birjalar palatası rǝhbǝrlǝrini prezident administrasiyasında qǝbulu  zamanı etdiyi çıxışında, Fetullahçı terror tǝşkilatı tǝrǝfdarlarının tǝhdidlǝrinǝ toxunaraq: “Alçaqlıq bir xarakter məsələsidir. Belǝ xarekterǝ sahib olanlar üçün Zaman və məkanın mǝfhumu yoxdur. Şəxsiyyəti pozuq olanlar, ilin 365 günü xǝyanǝtkarlıqda imtina etmǝzlǝr. Zira onlar qatil vǝ cinayǝtkardılar. riyakar, sinsi, oğru, qǝsbçi, xain vǝ maşadılar. Allahın əmrini vǝ buyurduqlarına ǝmǝl etmǝyǝnlǝrdǝndilǝr. Qazdıqları hǝr quyuya özlǝri düşür” deyǝ vurğulayıb.

Prezident, 93 illik cümhuriyyǝt tarixindǝ bir çox çevrilişǝ, çevriliş cǝhdinǝ, muhtıralara, ASALA, PKK, DHKP/C, DEAŞ kimi terror tǝşkilatının xǝyanǝtinǝ mǝruz qalan Türkiyənin hər fürsətdə tək millət, tək vətən, tək bayraq, tək dövlǝt faktından çıxış edǝrǝk bütün çǝtinliklǝrin öhdǝsindǝn gǝldiyini, feto üzvlərinin isə belə bir problemlǝrinin olmadığını, təşkilatlandıqları 160 ölkənin hamısını vətən qəbul etdiklərini, yalnız dini baxımından yox, milli olaraq da azğın olduqlarını qeyd edib.

15 iyuldakı çevriliş cǝhdinin, millətin bayrağını, vǝtǝnini, dövlətini qǝsb etmǝk cǝhdi olduğunu ifadǝ edǝn dövlǝt başçısı Rǝcǝb Tayyıb Ərdoğan: “ Fetonun bütün məktəblǝri, tǝhsil müǝssisǝlǝri, evlǝri terror yuvası, hər bir şirkəti, dərnəyi, fondu isǝ terror təşkilatıdır. Bu mǝkan vǝ müǝssisǝlǝrǝ köçürülən hər quruş isǝ millətə atılmaq üzrǝ silaha doldurulan güllǝdir. Bǝs hər kəs bilmǝlidir ki, bunlar qatildir. Əllǝrinǝ mǝsum insanların qanı dǝyib. Riyakarlıq ǝsas xarikterlǝridir”.



Әlaqәli Xәbәrlәr