İsmayıl Kahraman Turbyorn Yaqland ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı qəbul etdi.

544387
İsmayıl Kahraman Turbyorn Yaqland  ilə görüşdü

  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçilyinin (FETÖ/PDY) iyulun 15-dəki çevriliş cəhdindən sonra Türk demokratik təşkilatlarına verdikləri dəstək və həmrəyliyi nümayiş etdirmək üçün Türkiyəyə səfər etdiyini bildirən Yaqland qəbulda etdiyi çıxışında Türkiyə  Məclisinin və siyasi partiyaların xalqla birlikdə FETÖ/PDY-nin 15 iyuldakı çevriliş cəhdinə qarşı mətinliklə dirəndiyini müşahidə etməyin çox təsirli olduğunu dilə gətirdi.
 
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman da: "Ölkəmizin belə çətin bir dövründə dostlarımızın nümayiş etdirdiyi həmrəylik bizim üçün hər zamankından daha əhəmiyyətlidir" dedi,Türkiyənin üzvü olduğu Avropa Şurasının demokratiya, qanunun aliliyi və insan haqları sahələrində aparıcı təşkilatlardan biri olduğunu bildiridi..
 
Kahraman: "Bu çərçivədə Türkiyə Böyük Millət Məclisi başda Avropa Şurası Parlament Assambleyası olmaqla,  Avropa Şurasının bütün qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz ağır günlər keçirdi və çevriliş cəhdinə məruz qaldı" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr