"Eurovision - 2016"nın qalibi Camaladan Türkiyəyə dəstək

"Eurovision - 2016"nın qalibi Camala Türk xalqı ilə fəxr etdiyini söylədi

544832
"Eurovision - 2016"nın qalibi Camaladan Türkiyəyə dəstək
eurovision birinci jamala'dan destek1.jpg

Eurovision Mahnı Müsabiqəsində, "1944" adlı mahnısı ilə qalib olan krımlı Tatar ifaçı Camala Türk soyundan gələn  Krım Tatarı olaraq,Türk xalqının 15 iyul dövlət çevrilişi cəhdi gecəsində gəncindən tutmuş ixtiyarınadək  bir məqsəd uğrunda küçələrə axışması ilə fəxr etdiyini söylədi.
 
 Camala Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) dövlət çevrilişi cəhdinə etiraz olaraq Facebook hesabında Türk dilində açıqlama yazdı.
 
 Türkiyədə 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdindən dərindən təsirləndiyini bildirən Camala İstanbul və Ankarada baş verən hadisələri səhərə qədər təqib edərkən gözlərinə inanmadığını ifadə etdi.
 
 O anlarda heç kimin daha çox zərər görməməsi üçün dua etdiyini bildirən müğənni Türk xalqının yanında olduğunu  göstərmək üçün avqustun 17-də İstanbulda konsert verəcəyini dedi.
 
 Camala duyğularını bu cümlələrlə ifadə etdi: "Türkiyədə tezliklə hər şeyin yoluna girməsini arzulayıram. Sizi sevirəm,Türkiyə! Məni gözləyin".
 
 Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda bu il 61-ci dəfə keçirilən Eurovision Mahnı Müsabiqəsində, Krım tatar deportasiyasından və nənəsinin yaşadığı faciədən bəhs edən "1944" adlı mahnısı ilə Krım Tatar ifaçısı Camala Ukraynanı təmsil etmişdi və müsabiqənin finalında  534 xalla birinci olmuşdu.
 



Әlaqәli Xәbәrlәr