Con Kerri Türkiyəyə gəlir

ABŞ dövlət katibi Con Kerri avqustun sonu Türkiyəyə səfər edəcək.

544774
Con Kerri Türkiyəyə gəlir

ABŞ dövlət katibi Con Kerri avqustun sonu Türkiyəyə səfər edəcək. Türkiyə son dövrdə Fətullahçı Terror Təşkilatı FETÖ başçısının ekstradisiyasına dair Vaşinqtona təzyiqini artırıb. Con Kerrinin Türkiyədə görüşlərində bu mövzu müzakirə ediləcək.

Qeyd edək ki, Ankaranı həftənin bazar ertəsi günü ziyarət edən ABŞ Baş Qərargah rəisi, general Cozef Danford türkiyəli həmkarı, general Hulusi Akarla görüşmüş, daha sonra 15 iyul gecəsi bombalanan Türkiyə Böyük Millət Mecilisində Baş nazir Binali Yıldırım tərəfindən qəbul edilmişdi. General hər iki görüşdə Gülənin ekstradisiyasına dair Türkiyənin tələbini öz növbəsində Vaşinqton rəhbərliyinə çatdıracağına sözü vermişdi.

Cozef Danfordun diqqətinə çatdırılmışdı ki, ABŞ Fətullah Güləni geri qaytarmayacağı təqdirdə iki ölkə arasındakı əlaqələrində ciddi problemlər yaranacaq.

Bu barədə Baş nazir Binali Yıldırım ötən gün ölkənin özəl telekanallarından birinə müsahibəsində də danışmışdı:

“Bu müzakirələri yekunlaşdırması üçün ABŞ-ın əlində qızıl fürsət var. Çevirilişə cəhdin arxasında duranı Türkiyəyə təslim edərsə, bu müzakirələr aradan qalxar. Beləliklə də hər iki strateji ortaq arasında hər hansı bir problem qalmaz. ABŞ-dan daha yüksək rütbəli şəxs Türkiyəyə səfər edəcək. Gəlib həqiqəti görsünlər.”



Әlaqәli Xәbәrlәr