“Qərbdə bəzi dairələrin Türkiyəyə demokratiya dərsi keçməsi gülüş doğurur” İ.Kalın

Amerika Birləşmiş Ştatları və Avropadakı bəzi dairələrin Türkiyə əleyhdarlığı Cumhurbaşkanlığının kəskin reaksiyasına səbəb olub.

544003
“Qərbdə bəzi dairələrin Türkiyəyə demokratiya dərsi keçməsi gülüş doğurur” İ.Kalın

Amerika Birləşmiş Ştatları və Avropadakı bəzi dairələrin Türkiyə əleyhdarlığı Cumhurbaşkanlığının kəskin reaksiyasına səbəb olub.

Dövlət başçısının sözçüsü İbrahim Kalın “Daily Sabah” qəzetində dərc olunan “Türkiyədə çevirilişdən sonra yeni siyasi konsensus” başlıqlı məqaləsində yazıb ki, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda çeviriliş cəhdinə qarşı ölkə boyu baş verən ictimai etiraz Türkiyənin demokratiyası naminə edilib.

Cəmiyyətin bütün təbəqələrindən insanların küçələrə axın etdiyini və siyasi partiyaların da iştirak etdiyi demokratiya mübarizəsini xatırladan İbrahim Kalın vurğulayıb ki, bu mənzərə ABŞ və Avropanın gözündən yayınıb, halbuki Türkiyə sözügedən dövlətlərin demokratiyaya hörmət duyduqlarını düşünürdü.

Çevirilişə cəhd edənlərin təlimatı Fətullah Güləndən aldıqları, Gülənin hadisəni şəxsən idarə etdiyinə dair mətinaltı etiraflarını da xatırladan İbrahim Kalın, bu kimi faktlardan sonra Vaşinqton rəhbərliyinin Güləni Türkiyəyə təslim edəcəyinə ümidini ifadə edib.

İbrahim Kalın məqaləsində yazıb ki, Fətullah Gülənin ABŞ-ın hüquq sistemindən yararlanmasına şəraitin yaradılması davam ediləcəyi təqdirdə Tükiyədə Amerika əleyhdarları artacaq.

Qərbdə bəzi dairələrin 15 İyulda baş verənləri ciddi qəbul etmədiklərini vurğulayan Kalın əlavə edib ki, həmin dairələrin Türkiyəni dəstəkləmək əvəzinə demokratiya və hüquq dərsi keçməsi gülüş doğurur. Bəziləri isə sanki çevirilişi biz etmişik deyə bizi günahlandıracaq qədər irəli gedir.

Ölkədə höküm sürən fövqəladə vəziyyət çərçivəsində işindən azad edilənlər və saxlanılanlara da toxunan dövlət başçısının sözçüsü məqaləsində qeyd edir:

“Gülənçilərin ictimai təşkilatlardan çıxarılması 1990-ci ildə Şərqi və Qərbi Almaniyanın birləşməsi zamanı məşhur “Einigungsvertrag” (Birləşmə Razılaşması) prosesində baş verənlərdən fərqli deyil. Həmin razılaşmaya görə təxminən 500 min Şərqi almaniyalı məmur saxlanıldı. Altı ay sonra isə həmin məmurlardan çoxu vəzifələrindən birdəfəlik kənarlaşdırıldı. Birləşmələrindən qısa müddət keçdikdən sonra 88 min nəfərlik Şərqi Almaniya ordusundakı bütün general və admirallar qovuldu. Az sayda aşağı rütbəli hərbçinin isə yeni alman ordusunun sırasına qoşulmağına icazə verildi. Şərq Almaniyada köhnə rejimlə əlaqələrinin olması səbəbiylə məmur və əsgərlərlə yanaşı bir sıra elm xadimi, müəllim, diplomat və jurnalistin də vəzifəsinə Almaniya dövləti son qoydu. Almaniya səlahiyyətliləri bu fövqəladə tədbirləri Birləşmiş Almaniyaya qarşıdurmasız keçidi təmin üçün icra etdi. Türkiyə isə yeni qanlı bir çevirilişi sovuşdurdu və belə vəziyyətdə çevirilişin fəlakət doğuracaq nəticələrindən xilas olmağa çalışır”.

Türkiyədə demokratiyaya gərçəktən üstünlük verənlər, ölkənin çevdilişçi və Gülənçilərlərə qarşı apardığı mübarizəni dəstəkləməlidir. 15 iyul çevrilişə cəhd və FETÖ-nün bundaki roluna dair ölkə miqyasında ortaya çıxan konsensus Türkiyənin demokratiyası üçün güc və müqavimət mənbəyidir.

Hökumətin müxalifət partiyaları ilə məsləhətləşərək gələcəkdə çevriliş təşəbbüslərinin qarşısını almaq üçün yeni əsas islahatlar həyata keçirəcəyini vurğulayan İbrahim Kalın: “Bu tədbirlər, şəffaflıq və hər şəyə cavab verə biləcək zəmindəki prinsiplərin Türkiyədə hakimiyyət və demokratiyanın təməl dəyərləri olmasını təmin edəcəkdir. Bu, 15 iyul çevrilişə cəhd kimi cinayətlərin bir daha olmaması üçün dövlət və orduda etimad təlqin etməyin yoludur.” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr